Mən oldum hüsnünə heyran,A qız sənin, a qız sənin,Oxdu xalına qurban,A qız sənin, a qız sənin

Yandırdı məni firqətin,Qoynunda bağ-i-cənnətin,Aləmlər çəkər həsrətin,A qız sənin, a qız sənin

Yar sənin siyah saçların,Bənzər kamana qaşların,Səd qədər inci dişlərin,A qız sənin, a qız sənin

Cüda düşdüm vüsalından,Nələr keçdi xəyalından,Gün tar olur cəmalından,A qız sənin, a qız sənin

Gülə nisbət yanaqların,Tər bənövşə buxaqların,Mənzur yesək dodaqların,A qız sənin, a qız sənin

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке