Havaxtdandır ki, Bəhramgildə bir bahar şənliyi var. Zivər çiçək kimi açılmış, Lalə xala isə onun başına dolanır. Ev, ailə böyük yubiley qarşısında imiş kimi, hazırlıq görürlər. Lalə xala süpürür, yuyur, çırpır, təmizləyir. Zivər isə sakitcə əyləşərək tikir, gül vurur, olduqca maraqlı əl işi tikdiyi üçün kefi gəlir. Hərdən özü-özünə gülür. Gələn, gedən - hamı bu sevincə şərik olur. Zivərə kömək edib, onu əyləndirirlər.

Bəhram isə hay-küy ilə fabrikdən gəlir:

– Tez ol, xörək ver, acından öldüm.

Lalə xala tabağın xəmirini qaşıyaraq, Bəhrama acıqlanır:

– Yekə oğlansan, kömək etsənə, axı bunlar hamısı sənin...

– Yox bir, mən ölüm, qoyun oturaq. İndidən qoduğu başımıza çıxarmayın...

Hamısı gülüşürlər, Zivər Bəhramın qulağını çəkir:

– Zivər, əziz bir qonaq gözləyir. Hesab üzrə o, bu günlərdə gəlməlidir. Bu, qonağın ilk və son gəlişidir. Həmişəlik qalacaq və ya bir müddət sonra böyük bir çal-çatlasın ilə bir başqa yerə köçəcəkdir. Bu qonaq yalnız Zivərlə Lalə xala üçün yox, hökumət üçün də əziz və möhtərəmdir. Bu haqda müdirdən xahiş etdik, Zivəri işdən buraxdı. Onu rahatlamağa izin verdi. İndi Zivərin əsas işi qonağı qarşılamaq üçün hazırlıq görməkdir.

Bütün bunlara baxmayaraq, Zivər hələ indiyə qədər əziz qonağı görməmişdir. Onun haqqında yalnız yuxuda görmüş kimi bir təsəvvürü var...

Bu gün vaxt tamamdır. Hamı, hətta Bəhram da qapıda toplaşıb, aramsız olaraq istəkli qonağı gözləyirlər. Balkonda və evdə böyük bir hay-küy var. Qadınlar böyük təlaşla sağa-sola qaçır, evə girib-çıxırlar. Bəhram isə qapıda durmağa məcburdur. O özünü utancaq göstərmək istəyir. Lakin ürəyi döyünür, intizar onu boğur. Çox çəkmədi, içəridən qopan bir gülüşün ardınca şarpaşarp əl çalındı. Hamı bir səslə:

– Muştuluq, muştuluq, - deyə eşiyə, Bəhramın üstünə atıldılar. Bəhram eşitmirmiş kimi, üzünü içəriyə tutub soruşurdu:

– Ay qız, gədə necədir?

Onun bu sualına güldülər. Zivər yorğun bir halda:

– Gədə deyil, qızdır - dedi.

Bir başqası:

– Şamama kimi, yumru bir oğlan.

– Lap ay parçasıdır.


Böyük bir qış axşamı. Külək dəhşətli bir sızıltı ilə özünü divarlara çırpır, çöhrələri bıçaq kimi kəsir. Zivər yatağında uzanaraq kitab oxuyur, Lalə xala uşağı isti su ilə çimizdirir. Uşaq nazik bir səslə ağlayır. Bəhram dərin düşüncələrə tutulmuş kimi qaralmış halda içəri girdi. Gülmədi, danışmadı, soyunaraq oturdu, Zivər kitabı bükdü:

– Oxumusanmı, "Bahar şəbnəmləri?"

Bəhram ələmli bir səslə:

– Lenin yoldaş öldü.

Zivərin rəngi qaçdı. Bir müddət duruxdu və yenə inanmadı.

– Yalan olar... Kimdən eşitdin?

– Necə kimdən?

– Uydurma olar.

– Aləm bir-birinə dəyib, nə danışırsan?..

Çox çəkmədi, yüksək, həzin və davamlı bir uğultu şəhəri bürüdü. Fabrik, zavod, maşınboru, tren, təyyarə hamı hər yerdə və hər şey eyni tonda səslənir, ağlayır, eyni şeyi deyirdi:

– Lenin öldü...

Sanki böyük inqilab vətəninin qəlbi, tufanlar kimi həyəcandadır. Böyük dahinin cənazəsi qarşısında mübarizlər diz çökür, bayraqlar əyilir, işçi sinfi and içir. Sanki böyük Leninin ən yaxşı şagirdi, dahi Stalin "hazır!" komandası verir və bütün əməkçilər Leninizm bayrağı altında toplanaraq, ona sadiq qalacaqlarına and içirlər.

Səs kəsilmişdi. Lalə xala uşağı çoxdan Zivərin döşünə salmışdı. Lakin nə Zivər, nə Bəhram özünü bilmirdilər. Fikir onları aparmışdı. Heç kəs danışmırdı. Zivər uşağın üzünə baxaraq sükutu pozdu:

– Heç gör bilir ki, dünyanın harasıdır.

Bəhram Zivəri və uşağı götürüb komsomolların xatirə gecəsinə getdi. Böyük bir izdiham vardı. İşçilər toplanmış, hər kəs danışmaq istəyirdi. Məruzə və nitqlərdən sonra fabrikin Lenin adına qoyulması qərara alındı. Bir çox işçi və işçi qadınlar Lenin firqəsinə daxil oldu. Sədr komsomol Teymur Zivərin uşağını əlinə alaraq, tribunaya çıxdı:

– Yoldaşlar, bu insan balasını görürsünüzmü?! Bizdən sonra Lenin işinin davamçıları. Anasının təklifi vardır ki, bu gecə uşağa ad qoymalıyız. Nə deyirsiniz, kimin sözü var?

Yerlərdən:

– Lenin.

Kimsə yerindən etiraz etdi:

– Yaxşı olmaz.

– İliç necədir?

– Yox, Yanvar,... yaxşıdır.

Teymur təklifləri hesaba alırdı. Zivərin məktəb yoldaşı Firuzə söz aldı:

– Yoldaşlar, o böyüyəcək, komsomol olacaq. Mən təklif edərdim ki, onun adı KİM olsun. Böyüyər, o zaman bilər ki, komsomol Lenin nəslidir, yaxşı Leninçi olar... Firuzənin təklifi keçdi. Teymur uşağın döşünə bir KİM nişanı da taxdı.


O vaxtdan indi tam 10 il keçir. Bu illər içərisində hər şey dəyişdiyi kimi, KİM də dəyişirdi, böyüyürdü. Qızıl qalstuklu, qırmızıyanaq, çevik bir pioner olmuşdu.

O, səhər yerindən qalxarkən sumkasını qoltuğuna vurur, çay içmir, bir tikə çörək gəvələyərək, qapıları çırpıb qaçır. Güllü ilə bağladıqları yarış üzrə gecikməməyə qol çəkmişdir. Hər axşam təkrar Zivərin saçını çəkirdi:

– Bax, ana, səhər məni tezdən oyat ha, yaxşımı!?

– Dünən İsfəndiyar müəllim sinifdə İliçin həyatından danışırdı, böyük babamızın şəkli də lövhəyə vurulmuşdu.

Elə bil, üzünü uşaqlara tutub nəsihət edir.

Müəllim çox yaxşı danışdı. Hamı dirsəklənib maraqla dinləyirdi.

– Hə... belə uşaqlar... Elə bilirsiniz ki, dünya əvvəldən belə idi? Yox! Sizin baba və nənələriniz savadsız, mövhumatçı idilər. Siz indi elə köhnə adamlar görəndə gülürsünüz. Bir vaxt var idi, varlılar, ağalar kasıbları və işçiləri yumruq altında saxlayırdılar. Bunlar? İbrahimin - oğlu da bizim beşinci şöbədə oxuyur, - Gəncə çaymda daş ilə başını əzdilər. Kargah Qulu muzdunu istədiyi üçün quyuya salıb öldürdülər. Bunları ki, eşitmişsiniz. Heç bir işçi uşağı oxumaq, doyunca çörək nədir bilməzdi. Hər şey dövlətlilərin idi...

Müəllim üzünü İliçə çevirdi:

– Baxınız, bunu, dünya işçi və yoxsullarının rəhbəri böyük babamız Leninin sayəsində hamı başa düşdü. İşçilər ayıldı, birləşdilər, zülmkarları qovdular... İndi kim deyər, Lenin yoldaş nə vaxt ölüb?

– 1920-ci ildə.

– Yox, düz demədin.

– Müəllim, Lenin babamız ölübdü, yanvarda.

Müəllim gülümsədi. Bu düzdür, yanvarın 24-də. Axı hansı ildə?

– Çoxdan.

– 1924-cü ildə.

KİM doğru cavab verirdi. Müəllim onu saxladı.

– Yaxşı, KİM, de görüm, sənin neçə yaşın var?

– Müəllim anam deyir ki, 10 yaşın tamam olur.

– Demək neçənci ildə anadan olmusan?

– 1924-cü ildə. Bəs Lenin neçənci ildə ölüb?

– O da 1924-cü ildə.

KİM bir az düşündü və etiraz etdi:

– Yox, müəllim, düz olmur. Niyə mən doğulanda İliç babamız ölsün? Güllü doğulan ilisi ölüb.

Güllü beşinci sıradan ayağa qalxdı, acıqlı-acıqlı KİMin üzünə baxdı və icazəsiz dilləndi:

– Özün doğulanda... danışığına bax, görək İliçi kim yaxşı istəyir. Heç sizin evdə yoxdur, babam İliçin şəklini alıb, kitab da alıb, hələ döşümə nişan da alacaq...

Zəng çalınır, uşaqlar məktəb həyətinə yayılırlar.


İliçin vəfatının 10-cu ili xatirə gecəsinə təkcə məktəblilər yox, həm də ata-analar toplanmışlar. Məktəb klubu, şüar, lövhə, şəkil ilə bəzənmişdi. Otağın birində uşaqların əl işi sərgisi vardı.

Müəllimlər, gələnlərə izahat verirlər:

– Budur, Zahidin çəkdiyi Lenin şəkili, oxşatmışdır, bu da yazısıdır. Bir başqası, qızların dəsmallara yazdığı "İLİÇ XATİRƏSİ"-ni göstərir. Birisi də 13 yaşlı Mahmudun divardan asılmış şeirini oxuyur, anası onun üzündən öpür.

Sonra hamı zala toplanır. Pionerlərin böyüyü komsomol Əkrəm yarım saat Lenindən danışır, ancaq hərdən uşaqların da adını çəkirdi. Bu, pionerlərə çox qəribə gəlirdi. Pionerlər adından söz KİMə verilir. O, rəngi qızarmış, ürəyi döyünə-döyünə tribunaya çıxır. 10 yaşlı pionerlərin, Leninin yoldaşı Krupskaya yoldaşa yazdığı məktubunu oxuyur:

– Əziz Nadejda! Babamız Leninin vəfatının 10 illiyində sənin qüssənə şərik oluruq. Biz İliç ölən ili, hələ eləmiz var ki, həmin günü dünyaya gəlmişik. Bu təsadüfdən razı deyilik. Lenin ilə bir əsrdə yaşayanlar xoşbəxtdirlər. Lakin bu bizə mane olmur. İsfəndiyar müəllim öyrədibdir, İÜÇ necə uşaqları sevərmiş. Bizi ağ günə çıxaran da İliç olubdur. Ata-analarımız və böyük qardaşlarımızdan İliçin işi haqqında eşidirik. Amma nə olsun ki, biz Lenini görmək, ondan çox söz eşitmək istərdik. Heç İÜÇ haqqında başa düşə biləcəyimiz kitab da yoxdur. Biz birinci məktəb pionerləri sizdən xahiş edirik ki, İliç haqqında bizə yazasınız. Yazın görək, o necə danışırdı. Pioner olmuşdumu, siz onunla çox olmuşsunuz, bilərsiniz, yazın. Bir də xahiş edirik ki, əsirgəməyin, Lenin necə oxuyurdu, heç oynayırdımı, nə oyun oynayırdı? Biz onun dəftərlərini, pioner qalstukunu, sumkasını görmək istəyirik.

Budur, biz məktəbimizdə İliç adına yarış düzəltmişik. Dərsimizi yaxşı öyrənirik. Komsomollar bizə kömək edirlər. Moskva pionerlərinə yazmışıq. Siz də onlara deyin, bizə cavab yazsınlar, darıxırıq. Biz İliçin xatirə gecəsinə sərgi düzəltmişik. Hamımızın əl işimiz vardır, səni məktəbimizə qonaq çağırırıq, gəl, gör necə işlər qayırmışıq.

Müəllimimiz dedi ki, siz pionerlərin böyüyüsünüz. Özünüz də olmasa, yazıçılara deyin İliç haqqında bizə yazsınlar. Hamımız oxumaq istəyirik. İndi gecədir, Leninin xatirə gecəsidir. Hamı, valideynlərimiz kluba toplanmışlar. Onlar fabrik, zavod və idarələrdə öz planlarını yerinə yetirirlər. Stalin yoldaşa vədlər verirlər. Biz çocuqlar İliçə and içirik, onun ən yaxşı şagirdi Stalin yoldaşa söz veririk, İliçin vəsiyyətlərini yerinə yetirəcəyik, komsomol olacağıq, qızıl vətənimizin müdafiəsini öyrənəcəyik. Biz həmişə hazırıq!..

Pioner salamı ilə, 10 yaşlı pionerlər.

40 imza.

KİMin son sözü alqışlar altında qaldı. Salondan səslər qopdu. O, tövşüyə-tövşüyə səhnənin, pərdənin dalına çəkildi. Zivər onu öpdü, başını tumarladı, tərini sildi, salona gətirdi. Pərdə bəyazlandı, lampalar söndü, kino verilişi başlandı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Yuxu və külək

(El məsəlindən)*Mayil eyvanda kökə yeyirdi. Xallı pişik oturub ona baxırdı. Xallı qulağını şəklədi, gözünü bərəldib ha baxdı, Mayil kökədən pişiyə vermədi. Axırda Xallı dilləndi:

1 мин
Anamın qeydləri

Martın yeddisində qayğıkeş kişilərin çoxuna hədiyyə mağazalarında rast gəlmək olar. Axı, sabah 8 Mart Beynəlxalq Qadınlar Günüdür! Bu bayramı hökumət idarələri, təşkilatlar, qəzetlər qeyd edirlər. Necə ola bilər ki, bu ümumi bayramı hər kəs öz evində qeyd etməsin. Qadın olan evlərin hamısmda, qadm olmayan evlərin isə (belə evlər də vardır) çoxunda martın səkkizini qeyd edirlər.Bizim evdə bu bayram hər il vaxtında, qayda ilə qeyd olunur. Qadm cinsindən təkcə bir anam var ki, mən onun xatirini, demək olar, tanıdığım qadınların hamısından çox istəyirəm. Bu bayramın adını da, dəsgahını da, onun adı ilə - ailəmizin bünövrəsi olan ağsaçlı qadının adı ilə bağlayırıq. Özündən soruşsan, o, heç belə bir bayramda mənim zəhmətə düşməyimə, mağazaları gəzib hədiyyə almağıma razı olmaz. Ona görə yox ki, qadın bayramını əzizləmir, yox! O da bütün qadınlar kimi bu bayramın qədir-qiymətini yaxşıca bilir. Hələ yadımdadır, biz rayonda yaşayan zaman iclaslara həvəslə gedərdi. Klubda qadınlar yığıncağında tribunaya çıxıb ucadan nitq də deyərdi.

19546 мин
İki fermer

1Daşlı küçə ağzında, bağçalı həyətlərin qabağında, çay kənarında qəhvəyi maşın dayandı. Bayaqdan bəri meşəiçi, dolama yamac yollarla gələn, dağlara səs salan maşını kənd uşaqları əhatə etdilər. Onlar maşından çıxan, bu yerin camaatına oxşamayan əntiqə geyimli, enli şlyapalı adamlara diqqətlə baxırdılar. Maşındakılarm biri kök, irigövdəli, ağbəniz, qırmızıyanaqlı, qızıldişli, əyriətək kostyumlu, ucaboylu bir kişi idi. Morul nemslərinə oxşayan bu adam qırmızı qayışlı portfelini əlinə alıb, yanındakı şlyapalı qadına nə isə dedi, xırda, qamaşan gözləri ilə kənd uşaqlarına baxdı. Uşaqlar ona, sonra da bir-birinə baxıb, gülüşmək istədilərsə də, özlərini saxladılar. Maşından çıxan üçüncü, qaraşın adam uşaqlara yanaşıb, salam verdi və soruşdu:

12 мин
Hesab dostları

1Narzan vannalarının qabağında, böyük bir qarağac kölgəsində, uzun skamyalarda adamlar cərgə ilə oturub dincəlir, növbə gözləyirdilər.

195413 мин

Стихи других поэтов