Həyat müəllimim
Anam – həyat müəllimim,Sən doxsanı,Mən yetmişi ötürmüşəm.Yaşadığım illər boyuAğır yüklər götürmüşəm.Namərdlikdən başqa mənimBu yükümdə nə desən var.Yükümü açan insanlarDeyəcəklər:Bu rəhmətlikNə dözümlü,Övladcanlı,İstiqanlı,Məhəbbətli insan imiş,Dünyada həm sevinc görmüşHəm qəm yemiş...Nə sevincinə öyünmüş,Nə qəminə bir “uf” demiş.Ona üstün gələndə qəm,Köməyinə çatmış qələm.O şadlıq bəxş eləmişdirOna kədər bəxş edənə,Dönə-dönə.
Ana! Ana!Sən özün də ömür sürdünYana-yana...Bu dözümü,Bu şəfqəti,MəhəbbətiMiras verdin övladına.Yaşı doxsana çatanım,Torpaq altında yatanım!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirvarid-dilbazi-heyat-muellimim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
تا کشد هردم گیبان من از سویی دگر
Aşiq oldum yenə bir tazə güli-rənayəAşiq oldum yenə bir tazə güli-rənayəKi, salır al ilə hər dəm məni yüz qovğayə.
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
QələmimQələmim seyr edib qəzali-qəzəl,Qurmamış bir fəzadə bir sənə dam.