Bəhərli, barlı meşələr,Qışlı, baharlı meşələr,Üç ayı bülbül cəhcəhli,Tərlanlı, sarlı meşələr!

Şirli, pələngli meşələr,Bulud çələngli meşələr,Qışı bəyaz qar örpəkli,Yazı çiçəkli meşələr!

Qozlu, fısdıqlı meşələr,Çoban yastıqlı meşələr,Açılanda novruzgülü,Həsrətlər yada düşələr!

Sazlı, kamanlı meşələr,Çiçək dumanlı meşələr,Quzqulaqlı, baldırqanlıDurna lələkli meşələr!

Ömürdən bir möhlət ola,Görüş bir də qismət ola,Yurdda ocaq daşlarınıÖpəm-öpəm yana-yana,Qovuşam o gülüstanaYana o sönmüş ocaqlar...Ay düşmənə qalan dağlar!Ay gülzarı talan dağlar!Bizim meşəli yaylaqlar!İndi sizdən uzaqlardaSizə həsrət bir şair var.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе