Niyə Azərbaycan dilim-dilimdir
Babam!Necə dözdün bu ağrılaraQılınclar ikiyə böləndə sizi?Nənəm!Neçə dəfə çəkildin dara,Yadlar həll edəndə taleyinizi?Belə ayırardı kim candan-canıOlsun bir millətin iki ünvanı?Bir yan – “cənub” olsun,O bir yan – “şimal”.Prometey taleli olsun istiqbal?Azadlıq zəncirdə boyansın qana,Baş bir yana düşsün,Ürək bir yana.Ana bu tərəfdən –– Oğul hey!... desin,Oğul o tərəfdən –– Ana!... can ana!...Baş bir yana düşsün,Ürək bir yana...Olsun bir millətin iki sərhədi.Bu zülmün, sitəmin yoxdurmu həddi?Bölsə bir milləti iki qəsbkar,Ey Tanrı!Demə ki, mərhəmətin var!Mərhəmətin varsa, bu nə zavaldır?Bəlkə gözümüz kor, dilimiz laldır?Şanlı bir millətin,Qədim bir elinNiyə fəryadını duyan olmadı?Bir xalqı ikiyə bölən əllərinNiyə zülmü sənə əyan olmadı?
Qədim körpülərin qırıldı tağıOldu bir millətin iki bayrağı.
Yarəb! Bu nə sitəm,Bu nə zülümdür?Niyə AzərbaycanDilim-dilimdir?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirvarid-dilbazi-niye-azerbaycan-dilim-dilimdir
Клавиши ← → для перехода, R — случайное стихотворение