Sevib-sevilən qızlar
Vətənin nazlı qızları,Qırın adətdə “buzları”.O dürləri, almazlarıSiz ağıllarda axtarın!
İgid sınanar düz yolda,Büdrəməz, getsə yüz yolda.Səadəti siz nə pulda,Nə dövlət, varda axtarın!
İnci, almaz, dürr soyuqdur,Daşların ürəyi yoxdur,İsti ürəklilər çoxdur,Odu siz orda axtarın!
Dağlar qalıb sel içində,Kaman titrər tel içində,Yaxşı dostu yaman gündə,İgidi darda axtarın!
Siz toylarda, nişanlarda,Qoymayın gəncləri darda.Daş-qaşları kamallarda,Siz, düz ilqarda axtarın!Budur sözümün qüvvəti:Uca tutun məhəbbəti,Nazlı qızlar, səadətiMərd oğullarda axtarın!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirvarid-dilbazi-sevib-sevilen-qizlar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Sərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
ArzuXudaya, bəhəqqi birincü kərə,Mənə tez bərat eylə beş-on lirə!
مرا دوری به جای خویش با آن سیمتن باشداگر صد سال چون آیینه در آغوش من باشد