Yatmış həsrətimi bəsdir, oyatma!Köhnə havaları çalma tarizən!Gəl, belə çalmaqla günaha batma,Sən məni odlara salma, tarizən!

Bu qanlı, qadalı ölüm ilində,Qıyma, göz yaşımın batam selində.Ağlatma kamanı, sazı əlində,Dayan, məni məndən alma, tarizən!

Qalıb elim, obam tufan içində,Neçə dərd gizlənir bir can içində,Niskilli ömrümün köçhaköçündə...Bu qədər insafsız olma, tarizən!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов