Düşdüm
Neyləmişdim, yarəb, həqq dərgəhində,Xəstə olub müdam, cahanə düşdüm.Yazıldı naməmiz ölkəbəölkə,Yetişdi dillərə, dastanə düşdüm.
Can qurban eylərəm görsəm dustimə,Durubdurlar o zalımlar qəsdimə,Yengi gəlmiş idi təbib üstümə,Qədəm basdı geri, dərmanə düşdüm.
Canü başım olsun yolunda fəda,Cavan ömrüm əcəb yanıbdur oda,Neyləmişdim məgər, ey Tari, xuda,Giriftar oluban, zindanə düşdüm.
Xəstə Baxış, sözün demə bihesab,Oxudum Quranda ayətül-kitab,Təşnəlikdən oldu cigərim kabab,Axtarıban dəşti-bəyanə düşdüm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirze-baxis-nadim-dusdum
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Aləmdə var aşiqidən bir mənəm sənə,Bil qədrimi ki, bunca mənəm, ey sənəm, sənə.
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni
Mürəbbe: Qanlı fələk, səndən şikayətim varQanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,