Samavar
Ey olan aləmara layiq sultan, samavar,Sənə müştaqıydı məcmu bəy və xan, samavar,Sən ilə şad olur xatiri-mehman, samavar,Şəkl-ü-şəmaili xoş, sovti xoş əlhan, samavar,Segahı başla, görək, sovtuna qurban, samavar.
Açılır könlü əgərçi baxa adəm yüzünə,Bu necə hikmət isə zail olur qəm yüzünə,Aşiqəm, Tanrı bilir, məndə o xürrəm yüzünə,Qoyub ortaya baxanda neçə həmdəm yüzünə,Rəf olur dərd-ü-qəm, möhnəti-hicran, samavar.
Səni məclisdə qoyan vaxtda hər şam-ü-səhər,Açılır qəmli könüllər sənə etdikcə nəzər,Qəlbdən zail olur gər ola hər növ kədər,Bir günüm keçsə bilir xaliq özü sənsiz əgər,Olur əhvalım o gün xeyli pərişan, samavar.
Aftafa nədir ki, çayı edir xeyli xərab,Çayı bədbu edir, nəfsə verir çoxlu əzab,Qaynayınca kəsilir dildə olan taqət-ü-tab,Sənə çaydan bərabər deyil, ey aliyi-cənab,Səni yekta yaradıb xaliqi-sübhan, samavar.
Saxlamaq lazım olubdu səni dünyada əziz,Stəkan-nəlbəkini pak edəsən xeyli təmiz,Sənə xatuni-cahan cariyədir həm də kəniz,Xosrovi-Rum sənə xadim olur həm Pərviz,Heyf çaynikdən içər bir neçə heyvan, samavar.
Çay ibarətdi, içən kimsə onu ləzzət edə,Çay arasında da bir həmdəm ilə söhbət edə,Nəki bu çayı içən kimsənə çox sürət edə,Tökübən nəlbəkiyə qəndi də həm sərqət edə,Dəhrdə çox tapılır bir belə nadan, samavar.
Çaynikin başında sənə sən gül-hamra kimidir,Stəkan-nəlbəkisi lölö-lala kimidir,Mehrba səndsən, istəbrəq-dibə kimidir,Qaşıq çay biyaz-yədi-bəyza kimidir,Yer üzündə əsəri-ravzeyi-rizvan, samavar.
Sənə gər xidmət edən bir mah-gül-peykər ola,Qaməti sərvdən əla, əli nazik-tər ola,Rəmzi-eşqi bilə həm ləl-ləbi gövhər ola,Əsl zatında vəfa əhdi bilə cövhər ola,Ona müştaq olur çox Sabiri-nalan, samavar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirze-ehmed-sabir-el-sairi-samavar
Клавиши ← → для перехода, R — случайное стихотворение