Namərd ilə yoldaş olma,Uzun ağrı çəkər başın.Halal ilə ərsəyə çat,Daş qalalar sökər başın.

Xain baxma yaradana,Qibləgahdı ata, ana,Arxalanma, bəyə, xana,Qoy sağ olsun nökər başın.

Haqdan istə bəxti-iqbal,Yaradanı yadına sal,Söz gövhərdi, Miskin Abdal,Saxla, dürdü, tökər başın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов