Olmusan
Yazıq könül, nə sızlarsan, bülbülə tay olmusan,Haçan yardan yarımısan, sevilib bay olmusan?Sən dərvişsən haqq yolunda haqqı istə, haqqı sev,Nə olsun ki, bel bükülüb, kamana tay olmusan.
Yar olsam da incimə gəl, Ulu tanrı bağışlar,Dərgahında apaydındı bu cizgilər, naxışlar,Qoy didəndən sel-sel axsın yenə leysan yağışlar,Axır məhşər görəsən ki, köpüklü çay olmusan.
Çay olmağın paklığındı, durma yuyun paka çıx,Doğru-düzə yol açıqdı, nə qar-boran, nə palçıq,Miskin Abdal, dolansan da ayaqyalın-baş açıq,Zər qədrini zərgər bilər, zaylara say olmusan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-abdal-olmusan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Gətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.
Ay gözəl-gözəlYer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.
Genə dildar səri-kuyi bu gun yadə düşübGenə dildar səri-kuyi bu gun yadə düşüb,Dili-uftad olub uftadəvu uftadə düşüb.
Çığalı müxəmməs: Ey şux mənim yar, vəfadar imsən sənEy şux mənim yar, vəfadar imsən sən,Dil gülşəni, həm qönçeyi-gülzar imsən sən,