Mən gedirəm qürbət elə,Ayrılıqdı, yar, ağlama.Yaman gündən qismətimiz,Bəlkə, bizim var ağlama.

Güvən eşqin bulağına,Əyilmə hicran dağına,Məhəbbətin oylağına,Yağsa boran, qar ağlama.

Düşmən gülüb at çaparsa,Vəlini əsir aparsa,Yerdə qığılcım qoparsa,Göydə buludlar, ağlama.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви