Ay nazənin, bir danışıb dinsənə,Mən sizə söhbətə, sözə gələndə.Bu qədər olarmı qəddim əyirsən,Çəkirsən özünü naza gələndə.

Gəl verək əl-ələ, çıxaq dağlara,Al yanaq ziynətdi hər çəmənzara,Qızılgül açanda enək bağlara,Şeyda bülbül xoş avaza gələndə.

Vəli Kərəm kimi oda yanacaq,Eşqin səyyahları adın anacaq,Sən özün demişdin toy başlanacaq,Qızılgül açanda, yaz a gələndə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе