Bir otağa girdim dörd aynası var,Dörd də sifətini yəqin görmüşəm.Hər birinin dörd gülünü sanadım,Üç yerdən bağlanmış tağın görmüşəm.

Orada görmüşəm bir növrəs cavan,Zənginli bağ salır o gülü rövşən,Çəkir həsrətini bu cümlə cahan,Öz gözümnən gözəl çağın görmüşəm.

Sən Vəliyə söylə aşikarını,Cəfa çəkən dərir bəhri-barını,İnsanlar çox sevir hər nübarını,İşıq verən bir çırağın görmüşəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви