Şagird oldun qulluq eylə ustada,Al dərsini öyrən hey başa yetir.Mən aşığam hey başa,Bax ayaqdan hey başa,Kamil ayaqda qalmaz,O çəkilər hey başa.Ya can deyib heç bir dosta söz vermə,Ya qurban sözünü hey başa yetir.

Al dərsini öyrən sinayə söylə,Sirrini insana sinaya söylə,Aşıq deyir sinayə,Sin yazılıb sinayə,Gələn gedir dünyadan,Məskən salır sinayə.

Sevil, dostlarına sinayə söylə,Düz yeri yolunu hey başa yetir.

Miskinli Vəliyəm ey qismət olsun!Halal, az əməyim ey qismət olsun!Mən aşığam ey qismət,Mədəd səndən ey qismət,İnsan üçün yaxşıdı,Halal əmək ey qismət.Haqqım sin içində ey qismət olsun,Dilimi dərk eylə hey başa yetir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов