Açın üzləri
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Niqabi eylədi icad bir şahin hərəmiKi, misli-paşinə səng arizi-müxəddər idi.
Cəmali-ənvərinə salmadı niqab hərgizCənabi Fatimə ki, doxtəri-peyəmbər idi.
Kəmalin əmrini şövq ilə etdi istiqbalOlar ki, ruxi-vəcahətdə mahi-ənvər idi.
Və lakin eylədi lənət çinanki biz ŞimrəO bacılar ki, misali-Nəkir-Münkər idi.
O hökm eylədi dilşad əhli-namusi,Günahkar xanımlar niyə mükəddər idi?
Biduni xofu tərəddüd niqabisiz məşuqGedərdi aşiqi-zarin ziyarət eylər idi.
Niqabi açsa xanım sahibindən eylə həras,Niqabü çadirə səttari-çeşmi-şöhər idi.
Bəsa olub ki, dadaş bacini edib təqibBəqəsdi-eşqü həvəs, bilməyib ki, xahər idi.
Xoşa o günlərə ki, tacirin, bəyin, xanın,Qızının adı Şərəf, oğlununki Əskər idi.
Qoya bilərdi məgər adın oğlunun Pərviz,O günləri ki, axundlar "əmiri-ləşkər" idi?
Darardı saqqalın on beş yaşındakı oğlan,Müti mərdi-dəyanət o gün ki, bərbər idi,
Əgər o devrüdə kəşfi-hicabi nisvandanEdəydi bəhs müdiri "Sitarə" kafər idi,
Kəmançəvü dəfü tari şikəst edər günlərCəmaəti-tələbə Rüstəmi-Şəbüstər idi.
Nə çəkməsi, nə corabi olardı sərbazın,Xoşa o günlərə ki, canişin Müzəffər idi.
Nə şahdən, nə vəliəhdidən edərdi hərasO həllac oğlu ki, min atlıya bərabər idi.
Alardı bacü xərac əhli-şəhrdən hər günŞərarət əhlinə çün Seyyid-həmzə səngər idi.
Girərdi bəstə adam öldürən zaman qatil,Ona himayət edən şəxs əhli-mənbər idi.
Rəvayət eyliri ravi ki, səhni-topxanəQəzayi-hacət üçün məbrəzi-müqərrər idi.
Bina bəqovli-cənabi-şəhiri QaaniNikola, Nasirəddinə qulami-kəmtər idi.
Onun rikabin öpərmiş təmam dövlətlər,Əmir ona qapıçı, qeysər isə mehtər idi.
Əgər baxaydı məhəbbətlə səmti əflakə,Düşərdi qorxuya sükkani-ərş, titrər idi.
Ətabək açmış idi karxaneyi-füqəra,Səxadə hatəm ona bir kəminə növkər idi.
Duayi-müftəxoran hifz edərdi sərhəddi,Dilavərani-vətən seyyidü qələndər idi.
Nə daxil ilə vardı işi, nə xaric ilə;Təmam səyi, təmənnası vəsli-dilbər idi.
Gecə sabaha kimi cəng edərdi mərdanə,Sərayi mərkəzi-nisvani-mahmənzər idi.
Cəmalin açsa xanım qorxar əqrəbasindənOnu dilavər edən ruybəndü çadər idi.
Bəcayi inki deyə xəlq ona səhabi-bilad,Deyərdi: Zilli-xuda! Xəlq itaət eylər idi.
Макта — последний бейт с тахаллусом поэта. Zəban dahanda müqəffəl, qələm qələmdanda,O günkü gündə danışmaq məgər müyəssər idi?
Kitabxana.az · https://kitabxana.az/ru/works/mocuz-acin-uzleri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Arvadın bilsə yazıÖzü yazar kağızı,
Sizə mən neyləmişəmBaşıma zülf qoyub saqqalı yoldurmamışam,Xəlqdən rüşvət alıb kisəmi doldurmamışam,
VətənNeçin ah eylədin, ey bülbüli-nalani-vətən,Yaduva düşdü məgər hali-pərişani-vətən?
YaşamaqNə xoşdi bir sənəmi–məhcəmal ilən yaşamaq,Həmişə izzətü cahü cəlal ilən yaşamaq.