Ay qız
Qoydun qədəm beş yaşına,Qız, çadra saldın başına,Bir namə yaz qardaşına,Yollasın bir Quran sənə.
Getmə məscidə Quran oxu,Araxçın tik, corab toxu,Yaxşı deyil günüz yuxu,Gecələr yat, qurban sənə.
Ay qız, bir gün böyür boyun,Nişanlı yollar bir qoyun,Başıva gələr min oyun,Toy eylər çün anan sənə.
Ərin səni duz tək yalar,Qolların boynuva salar.Qaynanan saçların yolar,Ər olsa mehriban sənə.
Ərin hacı Məmmədvəli,Səhər gedər, axşam gəli,Baldızların olar dəli,Alsa zəri tuman sənə.
O gün ki, olarsan gəbə,Tərpəşsə qarnunda bəbə,Qaynanan gələr qəzəbə,Dartdırar dəyirman sənə.
Duzunu çox salar ətin,Atar boynuna övrətin,Artar qəmin, kəsalətin,Ər çün deyər yaman sənə.
Xanım nənə, yavaş-yavaşBir gün deyər bunu: dadaş,Yeyər hər gün səkkiz lavaş,Ərin olar düşman sənə.
Qız olsa doğduğun uşaq,Nə bal verər, nə qayğanaq,Yarma şiləsi bir çanaqYedirdər qaynanan sənə.
Görsən ağzın olur acı.Qaşqabağın salır bacı.Sifariş et gəlsin falçı,Desin beş-on yalan sənə.
Tası qurar deyər: Gəlin,Beş qran ver, bir də yəlin,Bağlayım cinnərin əlin,Yetirməsin ziyan sənə!
Baldızların səhər çağıÜstüvə sürtər qurd yağı.Pulun yoxdur, sat qolbağı,Gətir, edim dərman sənə!
Satarsan qolbağı-zadı,Tükəz bacı eylər cadı.Bilər ərün, çəkər dadi,Şirin olmaz oğlan sənə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mocuz-ay-qiz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Genə yer üstə nizul afitab edib bu gecə,Könül sərayini rövşən şərab edib bu gecə.
Bənzisən qızılgülə sənSəni xuda yaradıb, dilbəra, deyib-güləsən,Nəinki sallayasan qaşqabağuvi belə sən!
Bir məsləhətYükün az çat bir az, qardaş, ulağın xeyli lağərdir.Nə tək zülm eyləyən dünyadə bir Şimri-sitəmkərdir.
Bekarlara nəsihətHər şəxs gərək eyləyə bir sənətə xidmət,Bir iş görə, ta olmaya mehtaci-cəmaət.
Стихи других поэтов
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Qəzəl: Ötən ay gəlmişidim şəhrə, ey Raci, hilal-asaÖtən ay gəlmişidim şəhrə, ey Raci, hilal-asa,Məni üryan ü ləğər görcəkin el baxmadı əsla
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara