Səhərdən yollara çıxdım gördüm ki, mehriban gəlirQış günləri yaza döndü şirin dil xoş zəban gəlir.

Can cəsəddə lərzələnib ağıl başdan çıxmaq istərÖz-özümə səbir verdim dedim mahi-taban gəlir.

Çıxardıb al libasını geyibdi qara donlarıYəqin bildim eşq ucundan halı çox pərişan gəlir.

Dörd yanına nəzər eylər kimsə yox dərdin söyləyəAyrı düşüb şeydasından çəkib ahu-fəğan gəlir.

Макта — последний бейт с тахаллусом поэта. Molla Cümə çıx daldadan səni görsün o sirdaşınBəlkə canı qərar tapa eşidib bigüman gəlir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов