Eyləməz
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Aşiqin yar istəsə halın pərişan eyləməz,Aşiqə meyl etməyib xarin fəravan eyləməz.
Yandırıb bimar cismin hər gülün verməz yelə,Günbəgün halın şikəstə, sinə büryan eyləməz.
Döndərib üz yardən, əğyara qılmaz iltifat,Hicr əyyammda hərgiz didə giryan eyləməz.
Yara biydad eyləyib, biganə könlün almağa,Beylə nahaq zülmü heç insana insan eyləməz.
Zülməti-hicrində qaldım ta səhər, gəlməz hənuz,Könlümü cəm etməyə zülfün pərişan eyləməz.
Çox əcəbdir qəmzə bimarı olan bikəslərə,Naz ilə cövlan edib şəhdin xuraman eyləməz.
Макта — последний бейт с тахаллусом поэта. Ey Kərim, incitdi əfğanm qamu aləmləri,Dəm urarsan eşqidən, aşiqlər əfqan eyləməz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mucrum-kerim-asiqin-yar-istese-halin-perisan-eylemez
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Məstanə gözlərin xumarlanubdur,Can almaqda gənə xəyalmı var?
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
GörmənəmEy ağalar, məni neyçün qınarsız,Nə müddətdir mən o yarı gormənəm.
Kərayli: Bir bağda bülbül olmasaBir bağda bülbül olmasa,Gülün nə miqdarı, dilbər,