Var bu gün bolluca benzində kəsir,Buna lazım quralım bir tədbir.O deməkdir ki, bu, biz işlərkən,Düşəcək qollarımız qüvvətdən.O deməkdir ki, bu göylərdə biziGözləyirkən yeni dünya bəhsi,Bir kilid bağlanacaq ağzımıza.O deməkdir ki, bu benzin dursaIşləyən hızlı saatlar duracaq;Fabrikin qəlbi də tənbəl vuracaq.Benzinin varlığıdır varlığımız,Benzinin darlığıdır “darlığımız”.Benzinin çoxluğudur “çoxluğumuz”,Benzinin yoxluğudur “yoxluğumuz”.Güçlənirkən günü-gündən qolumuz,Bəs azalsın nə üçün petrolumuz?Benzin olmazsa bizim divlərimizQalacaqdır hərəkətsiz, səssiz.Benzinin azlığı yaxud duruşuO deməkdir ki, siniflər vuruşuBu geniş ölkədə “sakitləşəcək”,Qolçomaqlar bizə “üstün gələcək”.Yox, sinif duyğusu sönməz, sönməz!Atılan ox geri dönməz, dönməz!Benzin artarsa, iş artar, çoxalar,Ölkədə yüksəliş artar, çoxalar.Benzinin qüvvətidir qüvvətimizBenzinin sürətidir sürətimiz.Birləşib coşsa əgər qüdrətimizVə çəlikləşsə dəmir vəhdətimiz,Məncə, benzində xətər qalmayacaqVə kəsirdən bir əsər qalmayacaq!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов