Ey əbrusi kaman, müjgani xədəngDurubsan qəsdimə yarağıla sənRəvamıdır bu şikəstə könlümüQəmzənin qılıncı ilən yarağıla sən

Həmsöhbət bilirsən həmdəm bilirsənCiyərim zəxminə həmdəm bilirsənRəqibi özünə həmdəm bilirsənHaçan gələcəksən yarağıla sən

Kim deyər hüsnünə sunam o dinəSən'an tərsa sevdi girdi o dinəPərvanəni saldın hicrin odınaBayqunun dilini yarağıla sən

Yüzü qaraları yuzaq eyləməBülbülün həmdəmin yuzaq eyləməAşiqi könlündən yuzaq eyləməTərəhhüm çağıdır yarağıla sən

Dönmə camalına hər ayinəsənYetmə hər nakəsin hər ayinəsənÖldürsən Müştaqı hər ayinəsənBarı gəl üstünə yarağıla sən

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов