Xəsis — səxavətdən,Qəddar — ədalətdən,Yaltaq — məharətdənDanışan zaman

Vicdansız — vicdandan,İmansız — imandan,Amansız — amandanDanışan zaman

Əxlaqsız — əxlaqdan,Haqqı danan — haqdan,Xalqı satan — xalqdanDanışan zaman

Yalan — həqiqətdən,Xain — sədaqətdən,Qorxaq — cəsarətdənDanışan zaman,Faciə içində sarsılar cahan!

13 yanvar 2000

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви