Sevgimdən soyuyan gözəl
Məgər aramızdaİncik söz oldu?Ömrümə gec gəldin,Hicran tez oldu,Ey odlu sevgimdənSoyuyan gözəl!
Mən gördüm üzünüBir Günəş kimi,Günəş də nurunuƏsirgəyərmi?Ey odlu sevgimdənSoyuyan gözəl!
Məgər söyüdəmmiƏsəm, əyiləm?Yəqin ki, eşqinəLayiq deyiləm!Ey odlu sevgimdənSoyuyan gözəl!
Məhəbbət olarmıAni bir həvəs?Od oddan alışar,Od oddan sönməz.Ey odlu sevgimdənSoyuyan gözəl!
Biganəlik buzuKönül sındırır,Ürək soyuqluğu, —Ürək yandırır.Ey odlu sevgimdənSoyuyan gözəl!20 aprel 1999
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-sevgimden-soyuyan-gozel
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Gözlərin mayil olubdur yenə xünxarlığa,Bəli, sərxoş olu amadə sitəmkarlığa.
Yağma, yağışHacıbaba Həsənov bəstələmişdir*Göylər çənə büründükcə
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Xalından uçdu mürği-xəyalım ləb üstünəXalından uçdu mürği-xəyalım ləb üstünə,Qismət çəkib gətirdi nə xoş məşrəb üstünə.