Ulduzlar və sən
Uzaq kainatdanGələn nurmusan,Gözündə ilahiİşıqlarmıdır?De, hansı ulduzdaSən doğulmusan,Yerdə sənin kimiGözəl varmıdır?
Bəlkə bir arzununQanadıyıq biz,Ürəklər qoşadır,Ürəklər yalqız.Ayın, ulduzlarınÖvladıyıq biz,Bəs niyə barışmırUlduzlarımız?
Bəlkə doğmalarıq,Bəlkə yadlarıq?Bəlkə başqa-başqaKainatlarıq!
Yox, sən taleyimdə,Ömrümdə varsan,Ayrı bir ulduzdaAxtarma məni!Vallah, sən o qədərCazibədarsan,Cazibə qüvvəndənÇıxarma məni!
Nagahan görüşlərKeçir an kimi,Son vermir ürəyinİxtişaşına!
Ay Günəş başınaDolanan kimi,Qoy mən də dolanımSənin başına!
Ulduzlar ən nurlu,Uzaq nəğmədir,Həyatın nəğməsiSənin səsində.Sənsiz yer kürəsiBir əfsanədir,Yaxşı ki, sən varsanYer kürəsində!
14-15 mart 1998
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-ulduzlar-ve-sen
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey ariflər, eynim yaş ilə doldu,Sel-sel oldu, üzüm üstə yeridi.
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Gəraylı: Şükür olsun ol XudayaŞükür olsun ol Xudaya,Yenicə yazlar gələyir,