Danışırsan nə mehriban-mehriban,iki suyun arasında qalmışam.Sən bilirdin; dünən məni dananda,mən dünyanın harasında qalmışam.

O üzəmi, bu üzəmi inanım?O sözəmi, bu sözəmi inanım?

Gecəyəmi, gündüzəmi inanım?! —Fikir, xəyal dünyasında qalmışam.

Külək vurdu, sən də vurdun arxadan,yağış döydü, sən də döydün bir zaman.Elə bildin, əbədidi o tufan,sən dənizsən, mən də ada qalmışam.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе