Tələsmə
Ramiz Mirişli bəstələmişdir
Dedim mən, sevirəm, dedi sevginən,dedim qoşa gəzək, dedi tələsmə.Dedim bağ içidi, dedi seyr elə,dedim bir gül üzək, dedi tələsmə.
Dedim bir vədə ver, xəyala varma,dedi zəhmət çəkib özünü yorma.Dedim, qadan alım, dedi yalvarma,dedim onda küsək, dedi tələsmə.
Dedim mən aşiqəm al yanağına,dedi bülbül qonar gül budağına.Dedim üzük taxım qoy barmağına,əhdi-peyman kəsək, dedi tələsmə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-telesme
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Vahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
Bir tuluq“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**
Çığalı müxəmməsƏğyarı gəl ey dost, kənar et səni Tarı,Bir rəsmi-pəsəndidə şiar et səni Tarı,