Beşik nəğməsi
Yaroslav Seyfert
Dörd divar arasındanEnir aşağı tavan,Yırğalayır ana körpə balanı,Çırağın işığı tutur tavanı...Elə bil bir mələk qalxır yuxarı,Qorxudur pərvanənionun qanadları.Beşik yırğalanırhey yavaş-yavaşAnanın gözlərində parıldayır inci yaş.Sanki büllur arxasındanAna körpəyə baxır...Beşik yırğalandıqcaAnanın dodağındanHəzin bir nəğmə axır:– Sən qayğısız, sən rahatYatırsan, əziz oğlum.Ulduzlar çıxanadəkYırğalar səni qolum,beşikdə incə çiçək...Küçələrdə, hündür evlər arasından,Sarayların, meydanların yanındanİşdən evə qayıdır,gəlir yorğun adamlar,dəstə-dəstə, ya tək-tək;indi atan gələcək.Sən qayğısız, sən rahatYatırsan, körpə oğlan...Bilmirsən ki, yoxsullarNeçin belə çox ağlayır.Neçin bir parça çörəyiBir-birindən əsirgəyir,zalım insan,Bir gün gələr bu qapıdanÇıxıb gedərsən dünyaya...Dünyada nə ağrı olar,nə aclıq:Nə xəstə, nə aciz, nə də bir yazıq.Quşlar gəlib insanınovcundan dən yeyər,Meşədən marallar, cüyürlərgələr,Bizim küçələrdə gəzib dincələr,Hər yandan ucalar hey şənlik səsi,Bayraqlar yellənər pəncərələrdən.İnsan bir dost kimi sevər hər kəsi...Sən qayğısız, sən rahat,yatırsan şirin-şirin.Kaş ki, heç olmayaydıbu işlərdən xəbərin.Bütün yoxsul adamlar
Bir bayrağın altındagetməyə verib qərar.Nəğmə səsləri hər yana yayılandaAtan da gedəcəkdir onlarınarasında;Bəlkə ilk sırasında...Açılanda güllələr,tüstü, duman qalxanda,Biri düşüb yaralıdöşündən qan axanda,Onların arasındaolmayaydın kaş ki, sənÖpərəm gözlərindən.Getdikcə azalır ananın səsi,Qaranlıq bir gecə girir içəri,Kəsilir ananın həzin nəğməsi...Fənərçi küçədə fənər yandırır.Ana əli beşik yırğalandırır.Beşik yırğalanırhey aram-aram.Ana təkrar edir: yat, əziz balam!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-besik-negmesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Kasıba, yoxsula, elə dolaşan,Zatdan qırıq olar, qayğıdan kənar.
شمارهٔ ۳نهادم به سر تاج فهمیدگیندادم به کس باج فهمیدگی
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
Ey bəxt, nədir səndə bu əhval, bu halətEy bəxt, nədir səndə bu əhval, bu halət,Yoxdur sənə dünyada neçin azca fərağət?!