Durna
Mənyuxuda durna oluramgecələr,Çırpıb qanadlarımıyerdən üzülürəm.Geniş-geniş havalarda səf çəkənDurnaların qatarında düzülürəm.Uçuruq uça bildikcə,Uçuruq diyar-diyar...Uçuruq – qəlbimizdəTorpaqdan aldığımızƏn şirin,Ən incə,Ən sevimli arzular.Uçuruq uça bildikcə...Bizə həsrət qalan ellərəQanad salırıq,Uca-uca dağların başındaƏylənib qonaq qalırıq.Torpağın ətrini aparırıqUlduzların aləminə.Həyat səsi qatırıqGöydə soyuq-soyuq işıqlananayın yalqızlıq qəminə.Səhərşəfəqlər oyadır məni.Sevinə-sevinə durubQalxıram ayağa:Sonra bütün günüNə həvəsim olur,Nə macalım,Bir də yerdən üzülübdurna olmağa.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-durna
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Nazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Ey gül, səni bilməm necə ustad çəkibdirEy gül, səni bilməm necə ustad çəkibdir,Nəqqaş-i əzəl sünin edib yad çəkibdir.
SənFüqarə mən, biçarə mən, yazıq mən,Bimürvət sən, sitəmkar sən, zalım sən.
GilliDərya kimi çalxalanıb daşırsan,Salırsan Göyçəyə qalmaqal, Gilli.