Körpə sərv ağacınıhər yandan bağlamışdılar, –Küləklər, qasırğalarsındırmasın deyə onu,Cırılıb tökülməsin deyə yaşıl donu.Sərv ağacı fəryad etdi.Özüm, özüm, dedi,Qoyun küləklərə sinə gərim.Qasırğalara dözüm dediBağlamayın məni hər yandan.Qoyun tufanlarla üz-üzə dayanım,

Yağışlarda islanım,istilərdə yanım;Saralsın yaşıl donum,Qoyun şaxtalarda donum,Yoxsa yüksəlib boy ata bilmərəm,Başımın üstündə hərlənən buludaçata bilmərəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе