Ala gözlüm, səndən ayrı gecələrBir il kimi uzun olur, neyləyim?Bağçamızda qızılgüllər hər səhərTezdən açır, vaxtsız solur, neyləyim?

Nərgizlərin gözü yaşla dolanda,Bənövşələr baxıb qəmgin olanda,Qərənfilin gözü yolda qalandaYasəmən saçım yolur, neyləyim?

Əsən rüzgarın da yoxdur vəfası,Düşmüşdür başına özgə sevdası.Lalənin cırılıb qəmdən yaxası,Saçları pərişan olur, neyləyim?

Bəlkə tez gələsən əlac verəsən,Sünbülün saçını yığıb hörəsən,Əlvan çiçəkləri özün dərəsən,Gözləri yollarda qalır, neyləyim?

Çəkir çiçəklərin gözü intizar,Ayrılıqdan betər dünyada nə var,Bu bahar axşamı səni bax, NigarHəzin-həzin yada salır, neyləyim?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке