Üfüqlərin qoynunda parladı dan ulduzu,Şirin nəğməli bülbül uçdu gülü öpərək,Göründü yaşıllıqda qönçənin gözəl üzü,Baş qaldırdı çəməndə, təzə, nazlı bir çiçək...Bağ səhər nəsimiylə təzələndi, tər oldu,Gül yarpağı üstündə inci şəbnəmlər oldu...Bir pak damla yaş axdı xumar gözdən incitək,Parladı, buxarlandı nazla yerə düşərək.Əydi Məcnun söyüd də öz pərişan başını,Göylərin qarşısında əyildi yerə sarı,Şəfəq sildi sabahın bu ilk sevinc yaşını,Yaqut rəngə boyadı sabah göy səmaları...Gözəl bir mələk üzü gözə dəydi oradanİki ağ qanadıyla sanki nura büründü,Sonra gülümsünərək xəyal kimi bircə an,Dedi: mənəm qəlblərə işıq salan ümid, mən.İnsanları yaşadıb, yollar açan ümid – mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе