Yaroslav Smelyakov

Xəstələnərsəm əgər,Mən həkim çağırmaram.Dostlarıma deyərəmÇox ağır olsa yaram:Səhradan döşək salın,Pərdə çəkin dumandan;Parlasın başım üstəGecə ulduzlar hər an.Mən döyüşlər görmüşəm,Dəymədüşər deyiləm.Bu qızğın döyüşlərdəAsanlıqla əyiləm...Yaralanarsam əgər,Yaramı dağ yoluylaSarıyın, deyərəm mən.Üstümə örtük salınPayız çiçəklərində.Nə toz, nə damcı dərmanMənə deyildir gərək,Badəmdə şəfəq gülsün,Oynasın nadinc külək.Şəlalənin gülüşü,Səhraların nəfəsi,Hər xəstəyə şəfadır,Dirildər o hər kəsiDənizlərdə, dağlardaƏsrlərin izi var.Əbədiyyət içindəYaşayır bu insanlar.Yollar yenə dumandır,Son yolumuz deyildirXəstəxana küncləri.Son yolumuz, əlbəttə,Göylərdir, kəhkəşandır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов