Ol qədər kar etdi cana atəşi-fürqət bana,Nari-dozax güldürür ol atəşə nisbət bana

Həmnişinim gər sən olmaz isən, ey huri-sifət,Kövsəri zəqqum olub dozax olar cənnət bana

Dudi-ahım göylərə yürüsə, çərxi yırtar,İki ay oldu görünməz ol qəmər tal'ət bana

Çün zərrə mayildir dilbər, yüzüm zər eylədim,Yüz bulum yanında ta ki eyləyə rəğbət bana

Dövləti-dünyaya qılmam zərrə təki e'tibar,Bəndeyi-eşq olduğum Nitqi, yetər dövlət bana

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви