Həsrətəm cəmalına, ey dost, harda qalmısan?Mən qulunam, ey şahım, məni məndən almısan.

Gözlərin şahiddi ki, hüsnün yağıdır mənə,İddiaçı, şahid də, hakim də sənsən, ey can!

Qısqanıram, baxmasın, ayna da vurğun sənə,Görməsin cəmalını sevən qəlbi olmayan.

Sən müşksən, sirrini səba saxlaya bilməz,Ətrin tutar aləmi tellərini darasan.

Макта — последний бейт с тахаллусом поэта. Sən keçdiyin yollara qan-yaş tökür NizamiYolun ağ olsun, özün daim xoşbəxt, kamiran.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов