Ağlaram yolunda, şəhri-Lənkəran,Bu el qürbət eldi, bizim el deyil.Yaz fəsli olanda, çox olar baran,Car olur çeşmimdən sel o sel deyil.

Bülbüləm, bağımda güllər bitməmiş,Rəhm eylə, tabıstan fəsli ötməmiş,Bir qərib cavanam, kama yetməmiş,Axtarıram gedəm, yol o yol deyil.

Sahibi-əvvəlim, həm axırımsan,Natiqi-ənbiya, hökmü dərinsən,İnsü cinn ağası, bəhrü bərimsən,Görünür ki, İman sana qul deyil!?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке