1

Bir dağ idim, dəniz yurdum, dalğalardan vətənim,Tufanların ninnisindən bəslənmişdir bədənim.Dalğaların qarşısında yorulmadan durardım,Dəhşətlərin üzərində bir gələcək qurardım.Ürəyimdə hücumların zərbəsindən var izlər,Sarsıtmazdı məni əsla dəhşət saçan dənizlər.Əzildikcə əzmim artdı, səbr etməkdən usandım,Ayaqlandım, onunla da qəflətimdən oyandım.Bir gün gəldi dəhşətimlə atəş saçdım hər yanaVulkanlarla zəfər çaldım, ibrət oldum insana.İldırım tək dağı yardım, dənizləri qurutdum,Sahillərə izlər açdım, məqsədimi yürütdüm.Alovlanıb suya qarşı atəşimlə partladım,Mətanətim yardım etdi, üfüqləri atladım.Bir mübariz kimi mən də dəhrə gərdim sinəmi,Mövclərin çənkəsindən dartıb aldım bir gəmi.O gəmidən hər tərəfə əsatirlər dağıtdım,Ondan «Yafəs» əfsanəsin dünyalara mən atdım.

2

Ətrafımda baş qaldırdı hökmdarlar, krallar,Əsrlərcə məni yenə dinc qoymadı o hallar.Feodallar yıxmamış yurd, yaxmamış kənd qoymadı,Bir-birini çeynəməkdən dərəbəylər doymadı.Hücumlardan evlər yandı, dinc ölkələr talandı,İnsan qanı tökdürənlər məmləkətlər qazandı.

Qudurğanlar insan udub, qan üstündən keçərkən,Susamışlar su yerinə insan qanı içərkən,Mən yenə də o qanlara məhzun-məhzun baxardım,Üfüqlərə buz yağdıran soyuq ahlar taxardım.Ürəyimdən soyuq ahlar doğurarkən o qanlar,Buz yağdıran ahlarımla qalınlaşan dumanlar,Təpəm üstdə güllər açmaz, lalə bağrın dağlamaz,Daşlarımda bülbül uçmaz, qartal yuva bağlamaz,Göyərçinlər qanad çalıb qona bilməz sinəmə,Ur kəkliklər qayam üstdə edə bilməz zum-zuma,Ovçu gəzməz qarlarımda, çeyran çıxmaz başıma.Buz yurduyam, ildırımlar düşsə sönər daşıma.

3

Köçərilər vətəndaşım, ufaq dağlar yoldaşım,Quzuların nənnisidir hər bucağım, hər daşım,Döşlərimdə Bayazetdən axıb gələn sürülər,Calalinin yavruları əmcəkimdən süd əmər.Bitlis eli sübh çağılar başım üstdən keçəndə,Kürd qızının saçın darar bulağımdan içəndə.Daşlarımdan ötən zaman Baş qəl’ənin yelləri,Sünbül kimi qarışdırar hörülməmiş telləri.Maral gəlin at belində tərlan kimi süzəndə,Al çalmanın saçaqların qaş üstündə düzəndə.Alaçıqdan görünəntək kürd qızının şəlməsi,Eşidilir hər qayadan bir çobanın nəğməsi.Köçlə gəlir Xəlilkəndən, Sürməlidən, Makudan,Sağ-solumda Ermənistan, Əcəmistan, Naxçıvan,Yaylağımda el barınar, gül bədənlər bəslənir,Obaların arxasında kəkliklərim səslənir.Yay başa-baş qucağımda məhəbbətlər, sevgilər,Sevgilərim intihasız, eşqlərim bikədər.Təbiətin yaratdığı vəsməsiz qaş, al yanaq,Şe’rlərin məzmunudur bəzəksiz üz, gül dodaq.Çiçək qovluq, mina sırğa, pənbə bilək, ağ boyun,İlham verər şairlərə incə şimşad boy-buxun.Bir gün gəlsin üzərimdən müzləm duman çəkilsin,Araratın hər yanında qızıl güllər açılsın.Əfsanələr unudulsun, əsatirlər yox olsun,Xurafatın qəbri üstə yeni həyat qurulsun.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Balaca felyeton

Bir filosofun zamani-vəfatında oğluna etdiyi nəsihət.*Ey mənim istəkli oğlum! Mən dünyadan getdiyim kimi, əsri-hazırda olan cəmi yaranmışlar dəxi mənimlə belə qara torpaq altına gedəcəkdir. Zamani-həyatımda əcdadımızdan şə’n-şöhrətimizə layiq bir maarifli oğul yetirdim. O isə səndən ibarətdir. Əzizim! Qamətin ucaldıqca bacarıb şan və şöhrətini alçaq saxla.

4 мин
Qəlbim tutulmuşdu

Yayın orta ayı, günortanın zamanı, qəlbim tutulmuşdu. Durub dolanıb molla yoldaşımı tapdım. Ərz elədim, ay molla, sən allah bir az yaxşı söhbətlərdən elə, bəlkə bir az mənim qəlbim açılsın. Pir olsun, çox fərəhli söhbət etdi. Əvvəl buyurdu: görəsən bu isti hava nədəndir? Dedim: bu işləri hükəma yaxşı bilər. Buyurdu: görəsən hamı şəhərlər bizim şəhərimiz kimi isti olar? Dedim: molla qardaş, mənim əqlimcə Qafqaz şəhərləri bir-birindən gərək bir az tafavütlu olsun. Dedi: xeyir, mən Qafqazı demirəm, belə bir necə yer adı var ki, indi təzə məktəbə getmiş uşaqlar sayıb, sonra divardakı çızıq-çızıq kağızlarda barmaqları ilə göstərirlər. Ürəyimdə bilirəm, amma dilim tutmur. Dedim: olmaya beş qit’əni deyirsən? Dedi: adını de görüm? Dedim: Avropa, Asiya, filan, filan... Buyurdu: bunlar isti olur ya inki bizim şəhərimiz? Dedim: ehtimal vardır ki, Afrika çölləri isti olar. Buyurdu: Afrikada müsəlman çoxdur, ya inki Qafqazda? Ərz elədim: Afrikada neçə-neçə islam hökumətləri vardır ki, Qafqazdan böyük torpağı, milyonlarla nüfusu vardır. Buyurdu: xub, onların idarəsi nə tövrdür, məşrutədir, müstəqildir? Dedim: onlar öz çörəklərini gizlin yeməkdədirlər. Buyurdu: necə-necə?!!... Gördüm çox baş-beynimi aparacaq, istədim sakit eləyim, dedim: onlar da bizim Rusiya müsəlmanları kimi asudə yaşamaqdadırlar. Dedi: necə, nə buyurursan? Təngə gəlib bu nəzmləri rəfiqimə oxudum:Asudə bizik, bizləri görcək sitəm ağlar,

2 мин
Məktub

Cənab Molla Nəsrəddin! Bir necə gün bundan müqəddəm İranda bir şair rəfiqimə yazıb İrandan mə’lumat istəmişdim. Çünki on ildir İranı görməmişdim. Dünən rəfiqimdən fars lisanında bu məzmunda bir məktub yetişdi. Məktubu farscadan eynən tərcümə edib idarənizə təqdim edirəm:Əziz qardaşım Hərdəmxəyal! Minlərcə şükürlər, hökumətin sayeyi-mərhəmətində hürr və asudə yaşayıb gündən-günə tərəqqi və təməddün aləminə sarışıb mədəni millətlər, müəzzəm hökumətlər sırasına keçirik!.. Asiya meydanında bir elektrik fanusu kimi qətəati-xəmsədə olan bəni-nəv’i-bəşəri işıqlandırıb aləmi-mədəniyyəti birdən-birə tənvir etmişik.

2 мин
Bəyani-həqiqət

Get, ay Molla Nəsrəddin əmi, allah sənin kimi mollaları bizə çox görməsin. Bir necə müddət idi öz şəklini jurnalın arasında çəkirdin, həyalı cavanlar jurnalı qabaqlarına açan kimi gözləri sənə sataşanda həya təri basıb, utanıb, büküb qoyurdular yerə. Çünki görürlər əlində əsayi-piri, başında əmmaməyi-abidanə, özün də gözlərini tikmisən adamın üzünə. Biçarə uşaqlar xəcalət çəkirdilər. Çox arif molla imişsən!Bu az müddətdə elmi-qiyafə işinə baş tapıb yavaş-yavaş pərdə dalına çəkilməyə başladın. Hərçənd bizim sənə söz deməyimiz qəbihdir, lakin mollalarda hüsn-xülq olduğuna cəsarət ilə ərz edirəm. Axund ağa, bir az da pərdə dalına çəkilsən pis olmaz. Bəlkə allaha təvəkkül, səni pərdə dalında görüb müsəlman aləmində bə’zi biar mollalar ibrət götürsünlər. Təbriz dedim, ağayi-büzürkəvarın sizə təqdim etdiyi sifariş xəyalıma gəldi. Keçən gün Əmir timçəsində Məşədi Qazım dəllal ilə «Ağa»-nın bir-birinə tapança çəkmələrindən söhbət edirdim. Onda gördüm bir nəfər gəldi ki, səni «Ağa» çağırır. Dedim inşallah yaxşı oldu. Görəsən hansı yalançı qəbaləyə qol çəkdirəcək, yenə bir-iki qran mənə yapışar. Haman adam ilə gəlib məhkəməyə, gördüm, «Ağa» oturub mənə baxıb gülür. Mən də salam verib oturdum. Buyurdu, Hərdəmxəyal, bilirsən səni nədən ötrü çağırmışam? Ərz elədim xeyir. Buyurdu, əvvəl bizi bir yaxşı tə’rif edəsən, özgə yerdə millət qəmi çəkən mollalar oxuyub bilsinlər ki, tək onlar deyil, biz də qəm çəkməkdən çöpə dönmüşük. Bir də mənim yoldaşım Fəxrululəmanın şəklini jurnalda çəkəsən, amma qabağından sallanan şalvar bəndlərini çəkməyəsən.

2 мин

Стихи других поэтов · О природе