Çar hökumətinin hazırladığı ikinci erməni-müsəlman qırğını 1905-ci il avqust ayının iyirmisində başlandı.

Çar hökuməti bu xəyanəti həyata keçirmək üçün Labinski və 82-ci Dağıstan alayının komandiri Dubravinə müəyyən direktiva vermişdi. Bu direktiva yalnız erməni-müsəlman qırğını düzəltmək haqqında olmayıb, habelə bolşeviklərə qarşı bir sui-qəsd düzəltmək haqqında idi.

Bu alaylar bir neçə gün əvvəl siyahıya alınmış evləri topa tutacaq və içindəkiləri məhv edəcəkdilər, bunun üçün də onlar bir neçə hissəyə ayrılmışdılar. Hər hissəyə bir top verilmişdi.

Bu hissələr, Bakı komitəsinə yaxın olanları, işdə və sözdə inqilaba hüsni-rəğbət bəsləyənləri, inqilab və konstitusiya sözünü bircə kərə dilinə gətirənləri tutmaq və məhv etmək əmrini almışdılar.

Çar polisi tərəfindən təyin edilmiş provakatorlar: «Bu evlərdən qoşuna güllə atıldı», — deyə evi topa tutdurur, xalqı tələf etdirirdilər. Altı nömrəli batareya öz ağalarından aldığı əmrləri lazımi qədər həyata keçirməyə başlamışdı. Eyni zamanda erməni-müsəlman xalqı da bir-birini qarət etməkdə idi.

Mədənlərdə içməli su yox idi. Tətil etmiş fəhlələri susuzluqla işləməyə məcbur etmək siyasəti aparılmaqda idi.

Neft sahiblərindən bir çoxu fəhlələrin avam təbəqəsindən istifadə edir, azərbaycanlıları və ləzgiləri aldadaraq tətili pozurdu.

Uzun tətillər fəhlələri çox ağır maddi vəziyyətə salırdı, minlərcə rus zəhmətkeşi Bakını buraxıb öz vətəninə qayıdırdı. Mədən-zavod sahiblərindən bir çoxu müqavilələrin ləğv edildiyini və fəhlələrin işdən çıxarılmış olduqlarını elan edirdi, lakin elan heç bir nəticə vermirdi; fəhlələr öz haqq-hesabını almaqdan boyun qaçırırdı.

Hökumət vəziyyətin daha da ağırlaşdığını hiss edib mədənləri polis mühafizəsinə tapşırmışdı.

Avqust hadisələri şiddət edirdi. Hökumətin şəhərdə oynadığı qanlı oyunlar fəhlə dairələrinə də sirayət edirdi. Soyğunçuluq, adam öldürmək, qarət davam edirdi. Yüzlərlə neft buruqları və mədənlər yandırılırdı. — Ağşəhərdə neft ilə dolu olan rezervuarlar sındırılır, neft axıdılır və yandırılırdı. 8500-ə qədər rus fəhləsi öz ailəsini götürüb qorxulu Bakıdan çıxırdı.

Bakı komitəsi çar hökumətinin avqust ayındakı xəyanətini ifşaedici bir intibahnamə buraxdı.

Bakı qradonaçalniki Bakını işsizlərdən təmizləmək və inqilaba qoşulan dəstələrin sayını azaltmaq üçün avqust ayının dördündə aşağıdakı elanı verdi:

«İşsizlər öz xahişləri ilə Bakını tərk edib öz vətənlərinə getməlidirlər. Öz rizası ilə getməyənlər inzibat təriqi ilə göndəriləcəkdir».

Yanğın baş verməyən mədənlər dayandırılmışdı. Küçələr və mədənlər işsizlər dəstəsi ilə dolmuşdu.

Avqust hadisələri nəticəsində sentyabrın altısına kimi doxsan beş nəfər öldürülmüş, yüz doqquz nəfər yaralanmışdı. Doxsan beş yerdə qarət baş vermiş, otuz bir yerdə də yanğın əmələ gəlmişdi.

Balaxanı—Sabunçu və Ramana mədənlərində buruqların dörddə üçü yanıb məhv edilmişdi. Bibiheybətdə altı yüz buruqdan ancaq yüz iyirmisi salamat qalmışdı. Bütün mexaniki emalatxanaların maşın və karastıları dağıdılmışdı. «Qafqaz» Balaxanı cəmiyyəti və Ter-Akopov mədənləri tamamilə, Balaxanı cəmiyyəti buruqlarının üçdə biri, Nobel şirkəti buruqlarının altmış faizi, «Oleum», «Vlabişin»in mədənləri bütün-bütünə məhv edilmişdi. Rotşildin Ramana sahəsində ancaq bircə mədəni salamat qala bilmişdi.

Oktyabrın iyirmi üçündə Montin yoldaş dustaqxanadan çıxıb Bakıya gəlmişdi. O, yenə də tətil edən fəhlələrin qabaq sırasında gedir və onları mübarizəyə aparırdı.

Hər yerdə nümayişlər və siyasi çıxışlar baş verirdi, nümayişçi dəstələrin qabağında yenə də al bayraq dalğalanırdı.

Bakı polisi yenə də Montin yoldaşı axtarırdı. Bakı general qubernatoru Amilaxvari onun tutulması üçün böyük mükafat təyin etmişdi.

Bir gün Montin öz yoldaşları Pavluşa, Əsgər, Xanlar və başqaları ilə getdiyi yerdə pristav onu dayandırdı:

– Dur! Sən həbs olunursan!

Montin heç də özünü itirməyərək, vüqarla pristava dedi:

– Məni tutsanız, sizi öldürəcəklər!

Pristav bu sözdən qorxub, Montini tutmaqdan boyun qaçırtdı.


Bu gün aralıq bir az sakit olmuşdu. Milyonçu Hacının xanımı bir gün əvvəl Mərdəkan yaylağından şəhərə qayıtmışdı. Bir gün əvvəl general Əlixanov Məsudbəy Avarskinin xanımı Hacının xanımının görüşünə gəldiyi üçün, bu gün də xanım generalın arvadı Zərrintac xanımın görüşünə gedəcək idi.

Buna görə də özünü azad hiss edən Jenya Sabunçuya getmək, ata-anası ilə görüşmək fikrinə düşmüşdü.

Axşam qaranlıq düşəndə Jenya Pavluşadan bir məktub aldı, tələsik öz otağına girib elektrik lampasını yandırdı, məktubu oxumağa başladı:

«Əziz yoldaş Jenya!

Bu məktubu sənə qorxa-qorxa yazdım, çünki sən neçə müddətdir ki, mənim ilə köhnə yoldaşlıq əlaqəsində deyilsən. Bəlkə də təqsir məndədir. Bu barədə bəhs açmaq istəmirəm. Bəlkə də bu gün bizim aramızdakı anlaşılmazlıq həll olub gedər.

Mən yavaş-yavaş sənin Vasya haqqındakı fikirlərinlə şərik olmağa başlayıram. Doğrudan da mən Vasyanın lazım olmayan məsləhətlərinə qulaq asmaqla səhv edirmişəm. Lakin bu səhvimin səbəbi də yoldaşlarıma səmimiyyət bəslədiyimdən irəli gəlirdi. İndi isə mən Vasyanın özünə də xəbər vermişəm, ona səninlə mənim dostluq və yoldaşlıq əlaqəmizə qarışmamasını tapşırmışam.

Jenya, hər nə olubsa, keçib gedibdir. İndi yaxşı vaxtdır. Bir az işləmək imkanı da vardır. Gəl yenə də əlbir işləyək. Sənin işə soyuq baxmağın barəsində yoldaşlar da danışırlar. Daha indi hökumətin manifestindən sonra evdə də yaşaya bilərsən. Olmazsa, başqa otaq tapmaq da mümkündür. Yoldaşlar sənin fəaliyyətini heç də unutmamışlar. Xanlar, Montin və başqa yoldaşlar həmişə yeri gələndə səni soruşurlar. Xüsusilə Montin yoldaş dustaqxanadan qayıdıb Bakıya gələn kimi səni soruşdu və sənə salam yetirməyimi tapşırdı.

Bunların hamısı öz yerində. Məktubu göndərməyimin mühüm bir səbəbi vardır.

Bu gün axşam saat doqquzun yarısında mümkün olursa paltarını dəyişib, Bakı vağzalına gələrsən. Bu gün Koba və Montin yoldaşlar Tammerforsda çağırılmış Rusiya bolşeviklərinin birinci konfransına gedəcəkdir. Montin və Koba yoldaşı görmək istəyirsənsə vağzala gəl. Jenya, acığı, küsməyi bir tərəfə qoyub, bu gecə vağzala gəl! Mən müqəssirəm, bir saatlığa məni bağışla... Yoldaşları yola salandan sonra Əsgər və sair yoldaşlarla birlikdə Ayrapetin evinə gedəcəyik. Varvara bacı bizi kəlləpaça yeməyə qonaq çağırıbdır.

Pavel».

Jenya məktubu oxuduqda Pavluşa ilə keçirdiyi günləri bir daha xatırladı. Ürəyindəki yoldaşlıq məhəbbəti qaynadı, Jenyanı hərəkətə gətirdi. O, indi vağzala uçmaq üçün qanad axtarırdı. O, Pavluşa və konfransa gedən yoldaşlarla görüşərkən, üç bayramı birdən keçirəcəkdi.

Məktubu, başqalarının əlinə düşməsin deyə gizlətdi. Paltarını dəyişib tələsik küçəyə çıxdı. Əvvəlcə faytonla getmək istədi; bu polisin nəzərini cəlb edər deyə piyada getmək qərarına gəldi. O, Gorçakovski küçədən keçib Tatarski küçə ilə getmək istəyirdi, bu küçələrdə jandarm və polis nəfərlərinə çox az-az rast gəlmək olardı.

Küçələrdə heç kəs yox idi. Jenyadan bir az qabaqda əlində kiçik çamadan olan bir adam gedirdi. Küçə çox qaranlıq idi, xüsusilə Tatarski və Aziyatski küçələrin tini olduqca qaranlıq idi.

Jenya qorxmurdu, çünki ondan qabaqda gedən adam çox da uzaqda deyildi.

Jenya Aziyatski və Tatarski küçələrin tininə yetişərkən, bir tapança səsi eşitdi. Diksindi, lakin yoluna davam etmək istədi. Bakıda hər dəqiqə tapança səsi eşitmək mümkündü... Qabağında gedən adamı görmədi, onun sürətlə getdiyini, bunun üçün də gözdən itdiyini zənn edib tez-tez yeriməyə başladı. Çox çəkmədi küçənin ortasına yıxılmış bir adama rast gəldi, yaxınlaşdı, diqqətlə baxdı, tanıdı. Diz çökdü, onun başını dizi üstə aldı. Gözlərindən düşən yaş onun alnındakı güllə yarasına toxunarkən, o, gözlərini açdı, yenə də yumdu.

Jenya öz-özünə:

– Çarizm öz işini gördü, Montin yoldaşı bizdən aldı! — deyərək bütün varlığı ilə titrədi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qayırma hədislər

Hərdən bir mənim xəyalıma belə şey gəlir:Kah vaxt olur ki, bir rus, ya qeyri bir millət məndən soruşur ki, peyğəmbəriniz nə vaxt təvəllüd tapıb?

1 мин
Azarlamaq

İndiyədək mən nə vaxt ki, azarlayıb yorğan-döşəkdə uzanardım və birisi gəlib mənim keyfimi xəbər alardı, mən məəttəl qalardım ki, nə cavab verim, yə’ni xəyalıma gəlməzdi ki, nə deyim. Məsələn, istərdim deyəm «keyfim yoxdur», sonra fikr eylərdim ki, bəlkə lazımdır demək «naxoşam»? Sonra genə fikr eylərdim ki, bəlkə bu da düz deyil. Bə’zi vaxt istərdim deyəm «bimarəm», sonra genə deyərdim ki, bəlkə belə də deyil. Bə’zi adam da keyfimi soruşanda istəyirdim deyəm «azarlıyam». Bir para vaxt istərdim deyəm «xəstəyəm».Müxtəsər, bilməzdim ki, bunların hansı düzdür.

1 мин
Veyillər

Hərdən bir mənim xəyalıma bir belə şey gəlir:Bir ay bundan irəli Gəncə qubernatoru yazıb Şuşa naçalnikindən xəbər almışdı ki, nə səbəbə çəkirtkəni qırıb qurtarmadılar ki, Şuşa mahalının dördümcü uçastokunun əkinlərini tamamən yeyib çıxdı başa.

2 мин
Hamam

Eşitdim ki, Ağdamda bir müsəlman tazə hamam tikdirib. Buradan bir haşiyə çıxıb oxucularımızdan təvəqqə edirəm inciməsinlər ki, hamam kimi xırım-xırda məsələlər ilə mən onları məşğul eləyirəm. Doğrudur, hamam məsələsi xırda məsələdir, amma, nə eybi var, çox vaxt olur ki, bir xırda məsələdən bir böyük məsələ çıxır.Bəli, eşitdim ki, Ağdamda bir müsəlman bir hamam tikdirib. Əgər mən bunu beş il bundan irəli eşitsəydim, çox qulaq asmazdım, və deyərdim ki, ah, görəsən bu da əlbət Naxçıvan, İrəvan və Təbriz hamamları kimi bir qurbağaxanadır. Amma indi belə bəd güman eliyə bilməzdim, çünki indiki zaman hara, beş il bundan irəli hara!..

1 мин

Стихи других поэтов