Jenya Batumiyə gedir
Страница 2 из 2 · 50%
– Mən sizi görmək üçün gəlirdim.
Jenya onu içəri çağırdı:
– Elə isə otağa buyurun.
Qadın içəri girib oturdu. Jenyanı ayağından başına kimi gözdən keçirib soruşdu:
– O yazıq gənci nə üçün tutdular?
– O barədə heç bir söz deyə bilmərəm, jandarm idarəsində buna aid heç bir söz demədilər.
– O sizin ərinizdimi?
– Xeyr, evlənmək istəyirdik.
– O, inqilabçı idimi?
– Bilmirəm.
– İndi siz burada nə etmək istəyirsiniz? Sizin burada tanışınız vardırmı?
– Tanışımız olmamış deyildir. Olmasa da eybi yoxdur, özüm yenə də Bakıya qayıda bilərəm.
– Otağı hələ buraxmırsınız ki?
– O barədə düşünməyiniz, otaq pulu vardır.
– Mən o mənada soruşmadım. Sizə kömək etmək istəyirdim.
– Çox razıyam! Sizin bu fikrinizin qiyməti, köməkdən bir neçə qat yüksəkdir.
– Bəlkə də sizin yoldaşınız inqilabçıymış?
– Tutaq ki, inqilabçı imiş, hazırda onu tutmuşlar. Əlimizdən nə gələr?
– Nə üçün? Kömək etmək mümkün idi. Burada inqilabçılar var. Onun dustaqxana əziyyətini yüngülləşdirməyə, həm də ehtiyacını ödəməyə çalışardılar.
– O, bir inqilabçı isə inqilabçılar onun tutulmasını hamıdan qabaq eşidər və əllərindən gələni də əsirgəməzlər.
Jenyanın bu sözündən sonra qadın dedi:
– Elə isə bu gün şəhərə çıxmayın.
– Nə üçün?! Bir hadisəmi olmuş?
– Bəli, bu gün şəhər qorxuludur...
– Nə olub ki?
– Dünən, ayın 8-də, Batumi polisi Xaçaturov zavodunun fəhlələrindən bir çoxunu tutmuşdur. Bizim aldığımız xəbərə görə, bu gün bütün Batumidə zavod və müəssisələrin fəhlələri nümayiş edib, yoldaşlarının azad olunmasını tələb edəcəklər.
Jenya bu sözdən çox sevindi. Qadından soruşdu:
– Bu günmü?
– Bəli, bu gün! Nümayiş bu gün olacaqdır. Ayıq olun, bu gün bayıra çıxmayın!
Jenya daha bir söz demədi. Bayıra çıxmaq üçün hazırlandı. Qadın onun saçlarını sığallayaraq dedi:
– İndi ki, bayıra çıxırsınız, bir az ayıq olun!
Jenya pilləkənlərdən aşağı düşdü, sevincindən küçənin hansı tərəfinə gedəcəyini unutmuşdu. Heç də düşünmədən, Kandelakinin evini soruşub yola düşdü.
Jenya onu öz qapısında tapdı, tanış oldu. Onlar birlikdə Xaçaturovun zavoduna getdilər.
Fəhlələrin hamısı qapıda və zavodun həyətində toplanmışdı. Nümayiş başlandı.
Jenya da nümayişçilərə qoşuldu. O, Xaçaturov, Rotşild və başqa zavodların nümayişçiləri ilə bərabər yeriməkdə idi. Şüarlar, tutulmuş fəhlələrinin azad edilmələri şüarından ibarət idi. Nümayişçilər dustaqxanaya sarı irəliləyirdilər. Jenya Daraxvelidze, Mixail Qabuniya, Kandelaki, Yemelyan Kapaleyşvili yoldaşların sırasında gedirdi. Batumi polisi də lazımı hazırlıqlar görmüşdü. Nümayişçilər dustaqxana binasına yaxınlaşarkən, soldatların süngüləri ilə qarşılandılar.
Soldatların kapitanı Antadze qışqıraraq:
– Dağılın! — dedi. — Dağılmasanız, soldatlara atəş əmri verəcəyəm!
Jenya ilə yan-yana gedən İnjerabyan və bir neçə başqası dayanmaq istədi. Onlar tərəddüd göstərməyə başladılar. Bu zaman kəskin bir səs eşidildi:
– Dağılmayın! Tutulanların azad olunmasını daha qəti tələb etməliyik.
Bu səs, dəstələri qəti mübarizəyə sövq etdi, nümayişçi dəstələr irəliləməyə başladılar.
Yaylım atəşi açıldı. Dəstələrdən nümayişçilər də soldatlara daş atmağa başladılar. Silahsız mübarizəyə çıxan Batumi fəhlələri: «Yoldaşlarımızı verin!» — deyə qışqırdılar. İkinci yaylım atəşi açıldı. Onlarca fəhlə yerə sərildi.
Jenya irəli gedənlərlə ayaqlaşa bilmədi. Güllə onunla yan-yana gedən Yemelyan Kapaleyşvilini yerə yıxdı. O da can verməkdə olan mübariz fəhlənin başını dizi üstünə aldı. Fəhlə öldükdən sonra qalxdı, nümayişçilərlə bərabər geri çəkildi. Jenya burada Rotşild fəhlələrindən Kuridze ilə tanış oldu və onunla Batumi ətrafındakı Bartsxane kəndinə getdi.
Jenya Bartsxane kəndində bir çox Batumi fəhlələri ilə tanış oldu. Vasyanı gördü. Çakva stansiyasında Jenyanın ədəbiyyatla dolu çemodanını dəyişdirib vagondan düşən Vasya kəndli arabası ilə Batumiyə gəlib ədəbiyyatı lazımi yerinə təhvil vermişdi.
Fransız şirkətinin paroxodu ilə Batumiyə Marseldən Smidoviç tərəfindən gizli ədəbiyyat göndərilmişdi. Paroxod iki gündür ki, limanda durub yük verir və yük qəbul edirdi.
Lakin ədəbiyyatı kəmidən çıxarıb gətirmək mümkün deyildi, çünki Batumi polisi, əcnəbi məmləkətlərdən Zaqafqaziyaya gizli ədəbiyyat gətirildiyini yəqin etdiyindən əcnəbi kəmilərindən çıxarılan mallar haqqında ciddi təhqiqat aparırdı. Yığıldılar, bu barədə çox düşündülər. Hər kəs bir cür fikir söylədi. Bəziləri ədəbiyyatın kəmidən az-az çıxarılmasını təklif etdi. Bu təklif qəbul edilmədi, çünki ədəbiyyatı gətirən aşpaz ədəbiyyatın bütövlüklə çıxarılması təklifində inad edib durmuşdu.
Çox götür-qoydan sonra, iki nəfər kontrabandçı tapmaq, onların qayığını əldə etmək, fransız paroxodu gecə sahildən dənizə çəkildiyi zaman ona yanaşmaq və ədəbiyyatı alıb geri qayıtmaq qərarı qəbul edildi.
Kontrabandçıları tapıb gətirdilər. Onları başa saldılar. Qayıqlarını nə vaxt və harada hazır edəcəklərini söylədilər.
Jenya otel sahibinin şübhəsini qazanmamaq üçün geri qayıtmalı idi. Buna görə də axşam yeməyindən sonra yoldaşları ilə, o sıradan Vasya ilə vidalaşıb şəhərə qayıtdı.
Otel sahibinin arvadı onu koridorda qarşıladı və onunla bərabər otağa girib soruşdu:
– Ay qız, sən belə qorxulu gündə harada qaldın?
– İndiyə qədər gəzdim, zavallıdan heç bir xəbər tuta bilmədim. Bilmirəm onu harada saxlayırlar. Polis idarəsindəmi? Dustaqxanadamı? Bir şey öyrənə bilməyib, geri qayıtmağa məcbur oldum.
– Nümayişi gördünmü?
– Yox! Nümayiş olan tərəflərə getmədim.
Qadın daha bir neçə sual verdi. Jenya onların hamısına lazımi cavablar verdi, yatmağa hazırlanırkən, qadın vidalaşıb çıxdı.
Jenya lampanı söndürüb pəncərənin qabağında oturdu. Yuxusu gəlmirdi. Marseldən gələn ədəbiyyatın jandarm əlinə düşməsindən çox qorxurdu. Onun əldə etdiyi qələbə, həmin ədəbiyyatı Bakıya aparmaqla tamamlanacaq idi.
Qara dəniz gecənin qara donuna bürünüb yatmışdı. Uzaqdan görünən və ləpələrin hərəkəti ilə titrəyən dəniz fanarı, uzun gecəni yuxusuz qalmış bir qarovulçunun gözləri kimi işarır, kirpiklərini qırpırdı.
Qorodovoy və jandarm fitlərinin «Tamara» fortlarına əks edən səsləri, Əziziyyə məscidinin minarəsindən gələn bayquş qəhqəhələri çar Batumisinin gecə nəğmələrini təşkil edirdi.
Dalğaların qəlbindən qopan, şəhəri titrədən küləklər, Batumi fəhlələrinin qəlbindən qopan sarsıdıcı qəzəbi xatırladırdı.
Limandan uzaq, açıq dənizdə duran əcnəbi paroxodlarını yoxlayan sahil projektorları gizli ədəbiyyat gətirən fransız paroxodunu yoxlamağa başlarkən, Jenyanın düşüncəli gözlərində də ildırımlar çaxırdı. Jenyanın intizar, qorxu və düşüncə dalğasında üzən qəlbi, ədəbiyyatı gətirmək üçün göndərilən qayıq kimi çapalayırdı. Limanı dolaşan hərbi qarovul gəmisinin dağlara əks edən siqnalı «Yalta» otelinin pəncərəsi qabağında oturan Jenyanın qulaqlarını dırmaqlayırdı.
Şam meşələri dalından yenicə çıxan ay sarı saçlarını Qara dənizin mavi sularına töküb çimirdi.
Şəhər olduqca sakitdi. Ancaq parovozların manevr səsi, gəmilərin son islıqları, qorodovoy və jandarmların fit səsləri eşidilirdi.
Şərq üfüqləri şəfəq saçarkən, ulduzlar cənuba doğru axarkən, sönüb gözdən itərkən, ay gəlib «Yalta» oteli üstündən keçərkən, meşə quşları səhər nəğməsinə başlarkən Əziziyyə məscidinin minarəsində o ulayan bayquşun səsi azançının səsi ilə həmahəng oldu.
Bu arada bir nəfər pəncərə altında durub sanki papirosunu alışdırmaq üçün iki kərə kibrit çəkdi. Jenya sevindi. Axı o, ədəbiyyatın paroxoddan götürülüb lazımi yerinə verildiyini bildirən bir siqnal idi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-jenya-batumiye-gedir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir filosofun zamani-vəfatında oğluna etdiyi nəsihət.*Ey mənim istəkli oğlum! Mən dünyadan getdiyim kimi, əsri-hazırda olan cəmi yaranmışlar dəxi mənimlə belə qara torpaq altına gedəcəkdir. Zamani-həyatımda əcdadımızdan şə’n-şöhrətimizə layiq bir maarifli oğul yetirdim. O isə səndən ibarətdir. Əzizim! Qamətin ucaldıqca bacarıb şan və şöhrətini alçaq saxla.
Qəlbim tutulmuşduYayın orta ayı, günortanın zamanı, qəlbim tutulmuşdu. Durub dolanıb molla yoldaşımı tapdım. Ərz elədim, ay molla, sən allah bir az yaxşı söhbətlərdən elə, bəlkə bir az mənim qəlbim açılsın. Pir olsun, çox fərəhli söhbət etdi. Əvvəl buyurdu: görəsən bu isti hava nədəndir? Dedim: bu işləri hükəma yaxşı bilər. Buyurdu: görəsən hamı şəhərlər bizim şəhərimiz kimi isti olar? Dedim: molla qardaş, mənim əqlimcə Qafqaz şəhərləri bir-birindən gərək bir az tafavütlu olsun. Dedi: xeyir, mən Qafqazı demirəm, belə bir necə yer adı var ki, indi təzə məktəbə getmiş uşaqlar sayıb, sonra divardakı çızıq-çızıq kağızlarda barmaqları ilə göstərirlər. Ürəyimdə bilirəm, amma dilim tutmur. Dedim: olmaya beş qit’əni deyirsən? Dedi: adını de görüm? Dedim: Avropa, Asiya, filan, filan... Buyurdu: bunlar isti olur ya inki bizim şəhərimiz? Dedim: ehtimal vardır ki, Afrika çölləri isti olar. Buyurdu: Afrikada müsəlman çoxdur, ya inki Qafqazda? Ərz elədim: Afrikada neçə-neçə islam hökumətləri vardır ki, Qafqazdan böyük torpağı, milyonlarla nüfusu vardır. Buyurdu: xub, onların idarəsi nə tövrdür, məşrutədir, müstəqildir? Dedim: onlar öz çörəklərini gizlin yeməkdədirlər. Buyurdu: necə-necə?!!... Gördüm çox baş-beynimi aparacaq, istədim sakit eləyim, dedim: onlar da bizim Rusiya müsəlmanları kimi asudə yaşamaqdadırlar. Dedi: necə, nə buyurursan? Təngə gəlib bu nəzmləri rəfiqimə oxudum:Asudə bizik, bizləri görcək sitəm ağlar,
MəktubCənab Molla Nəsrəddin! Bir necə gün bundan müqəddəm İranda bir şair rəfiqimə yazıb İrandan mə’lumat istəmişdim. Çünki on ildir İranı görməmişdim. Dünən rəfiqimdən fars lisanında bu məzmunda bir məktub yetişdi. Məktubu farscadan eynən tərcümə edib idarənizə təqdim edirəm:Əziz qardaşım Hərdəmxəyal! Minlərcə şükürlər, hökumətin sayeyi-mərhəmətində hürr və asudə yaşayıb gündən-günə tərəqqi və təməddün aləminə sarışıb mədəni millətlər, müəzzəm hökumətlər sırasına keçirik!.. Asiya meydanında bir elektrik fanusu kimi qətəati-xəmsədə olan bəni-nəv’i-bəşəri işıqlandırıb aləmi-mədəniyyəti birdən-birə tənvir etmişik.
Bəyani-həqiqətGet, ay Molla Nəsrəddin əmi, allah sənin kimi mollaları bizə çox görməsin. Bir necə müddət idi öz şəklini jurnalın arasında çəkirdin, həyalı cavanlar jurnalı qabaqlarına açan kimi gözləri sənə sataşanda həya təri basıb, utanıb, büküb qoyurdular yerə. Çünki görürlər əlində əsayi-piri, başında əmmaməyi-abidanə, özün də gözlərini tikmisən adamın üzünə. Biçarə uşaqlar xəcalət çəkirdilər. Çox arif molla imişsən!Bu az müddətdə elmi-qiyafə işinə baş tapıb yavaş-yavaş pərdə dalına çəkilməyə başladın. Hərçənd bizim sənə söz deməyimiz qəbihdir, lakin mollalarda hüsn-xülq olduğuna cəsarət ilə ərz edirəm. Axund ağa, bir az da pərdə dalına çəkilsən pis olmaz. Bəlkə allaha təvəkkül, səni pərdə dalında görüb müsəlman aləmində bə’zi biar mollalar ibrət götürsünlər. Təbriz dedim, ağayi-büzürkəvarın sizə təqdim etdiyi sifariş xəyalıma gəldi. Keçən gün Əmir timçəsində Məşədi Qazım dəllal ilə «Ağa»-nın bir-birinə tapança çəkmələrindən söhbət edirdim. Onda gördüm bir nəfər gəldi ki, səni «Ağa» çağırır. Dedim inşallah yaxşı oldu. Görəsən hansı yalançı qəbaləyə qol çəkdirəcək, yenə bir-iki qran mənə yapışar. Haman adam ilə gəlib məhkəməyə, gördüm, «Ağa» oturub mənə baxıb gülür. Mən də salam verib oturdum. Buyurdu, Hərdəmxəyal, bilirsən səni nədən ötrü çağırmışam? Ərz elədim xeyir. Buyurdu, əvvəl bizi bir yaxşı tə’rif edəsən, özgə yerdə millət qəmi çəkən mollalar oxuyub bilsinlər ki, tək onlar deyil, biz də qəm çəkməkdən çöpə dönmüşük. Bir də mənim yoldaşım Fəxrululəmanın şəklini jurnalda çəkəsən, amma qabağından sallanan şalvar bəndlərini çəkməyəsən.
Стихи других поэтов
Aşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
حسنی که هست روی تو را بینهایت استخوب است گل ولی نمک اینجا به غایت است
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,