Ninaya məktub
«Əziz yoldaşım Nina! Bu gün biz Xoy şəhərinə yetişdik. Şəhərin dar küçələrindən bizi musiqi dəstələri müşayiət etdi. Şəhərin valisi də sosial-demokratlarla bərabər bizi ziyafət binasına yola saldı. Küçələr kütlələrlə dolmuşdu. Üzüörtülü və açıq qadınların müxtəlif söhbətlərini eşidirdik:
– Qafqaz mücahidləridir.
– İçlərində müsəlmanlar da var.
– Səttar xanın yoldaşlarıdır.
– Bunların da evləri, bunların da ana-bacıları var.
– Ağızlarına güllə vursan qayıtmazlar.
– Heydər Əmioğlu gələn yerlərdən gəlmişlər.
– Görəsən, nə üçün gəliblər?
– Buranın mücahidləri ilə tanış olmağa gəliblər.
Gözəl Ninam! İndi bizim olduğumuz bu şəhərdə çar nüfuzu yoxdur. Burada Təbrizin çar kazakları əlinə keçməsini bilmirlər. Ziyafətdən sonra şəhəri gəzməyə çıxdıq. Əvvəlcə bizə qalanı göstərdilər. Qala palçıqdan qayrılmış cəsim bir qaladır, hər tərəfdən su içərisindədir. Şəhərə körpü ilə keçilir. Qalanın üstündə əski İran topları qoyulmuşdur. Cəbbəxanaya getdik. Yeni və köhnə bir çox topları, rus, alman, fransız və ingilis tüfəngləri vardır. Biz bu silahların gizlədilməsi üçün yerli sosial-demokratlara təlimat verdik.
Şəhər olduqca gözəl və səfalıdır. Qotur çayından çəkilmiş kanallar vasitəsilə şəhərin bütün küçələrindən sular axır; lakin bu qədər bol suya və yaşıllığa baxmayaraq, şəhər yenə də təmiz deyil, suların üstü açıqdır, hər kəs evindən süpürdüyü zibilləri evin qarşısından keçən suya tökür.
Şəhərin qalasından çıxaraq Urmu şəhəri tərəfinə gedən yolun başlanğıcı geniş və uzun bir xiyabandır, lakin xiyaban başlı-başına buraxıldığından dağılmışdır.
Şivən adlı məhəllə qaladan kənardadır. Buranın gözəl havası olduğuna baxmayaraq, məhəllədəki dabbağxananın üfunəti burada yaşamağa deyil, səyyahların keçməsinə belə imkan vermir.
Burada da Təbrizdə olduğu kimi bəst vardır.
Burada da iflas etmiş tacirlərin, canilərin və zalımlardan qaçanların hökumətdən qaçaq düşənlərin gizlənməsi adətdir. Bəsti ziyarət etdik, oranın mollaları bizə hörmət edərək içəri buraxdılar.
Bu kağızı sənə yazdıqdan sonra yola düşəcəyik. Gedəcəyimiz yollar qorxuludur. Maku torpağından keçib Rusiya sahilində olan Şaxtaxtı kəndinə getməliyik, orada Araz çayını gizlincə keçib dəmiryolla Bakıya, Tiflisə yola düşəcəyik.
Nina! Məşədi Kazım ağaya tapşırmışam, hərgah ehtiyacın olsa, ona müraciət et. Özünü konsulxanadakı haramzadalardan mühafizə etməyə çalış. Təhminə xanımı dinlə, Həsənağa və Tütünçüoğlunun paraya ehtiyacları olsa, onları təmin et.
Bacın İraidanın yolu ilə getmə və onun məsləhətlərinə də qulaq asma. Bacardıqca ona təsir et, çünki konsulxana ondan istifadə etməyə çalışır, onu bir rüsvayçılıq və fəlakət gözləyir, onu qurtarmaq sənə mümkün olmasa belə, özünü fəlakətdən qoru. Çar konsulu onu öz siyahısında olan qızların cərgəsinə salmağa çalışır. Hamınıza salam. Balaca Məcidi öpürəm.
4 may 1909».
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-ninaya-mektub
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qızıl Arslan ciddi işlərə başladığı zaman Qətibə birinci olaraq etiraza başladı, Toğrul isə heç bir söz danışmırdı, çünki başında olanların hamısı saraydan və Həmədandan uzaqlaşdırılmışdı.Qızıl Arslanın verdiyi əmr üzərində Fəxrəddin paytaxtın müdafiə qoşununa rəis təyin olundu. Qətibə bununla Fəxrəddinin Həmədanda həmişəlik oturacağını görürkən acıqlandı və Qızıl Arslana belə bir məktub göndərdi:
Hüsaməddinin həbsxanadan qaçması– Bu işlər dəyişəcəkdir. Sən bilirsən ki, bu dövran daima bir nəfərin arzusu ilə dolanmayacaqdır. Bayram edilən evlərin bir gün yasa batması da təbiidir.Sən bilirsən ki, bu dünya bir topdur, o hər gün bir hökmdarın çövkanının başında oynayır. Fələyin çərxi hərlənir, ondan asılı olan insanların bir gün qalxıb, bir gün də düşməsi bəllidir. Bu gördüyün dünya bir güzgüdür. Burada hər kəs növbətlə öz çöhrəsini görməyə məcburdur.
İslahat və nəticələrQızıl Arslan islahatı birinci növbədə paytaxdan başladı. O, hökumət qanunlarını nəzərdən keçirməyə başladı. Çünki bütün kəsirlərin üsul-idarədən doğduğunu bilirdi. O, bacardıqca hökumət qanunlarının icraiyyə işlərini qəzavətxanalardan alıb hökumət idarəsinə tapşırmağa çalışırdı. Hökumət məhkəmələri təşkilinə başladığı zaman ruhanilər arasında böyük dedi-qodu başlandı.Qızıl Arslan torpaq vergisi işlərini tamamilə dəyişdirmək üçün geniş bir komisyon təşkil etdi. Çünki vergi qanunları olduqca ibtidai idi. Bu qanunlar, ərəblərin vaxtında qoyulmuş qanunlar idi ki, bunun vasitəsilə də kəndlilər təpəsindən dırnağına qədər soyulurdu. Nəticədə kənd təsərrüfatı dağılır, kəndli torpağı buraxıb şəhərlərə qaçırdı<sup>1</sup>.
Mədain xərabələrindəBöyük şairləri istiqbal etmək üçün Qızıl Arslan xüsusi əmr vermişdi. Fəxrəddin bu əmri alar-almaz yüz nəfər Azərbaycan atlısı götürüb Sər-sər mənzilinə qədər getdi. Şairləri böyük bir təntənə ilə Bağdada daxil edib Qızıl Arslanın yaşadığı Əmir qəsrində düşürdülər. Sarayda şairlərin şərəfinə böyük bir ziyafət təşkil edildi. Ziyafətdə Qızıl Arslanın vəzirləri, qoşun sərkərdələri və Bağdadda olan azərbaycanlılar iştirak etdilər.Qızıl Arslan şairlərlə bərabər köhnə asarları, kitabxanaları, xəlifələrin qəsrlərini ziyarət etdi.
Стихи других поэтов
زین حال واقف ار نشود یار مشکل است
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
Qamətin tək boy atıb sərv xuraman olmazQamətin tək boy atıb sərv xuraman olmaz,Arizin tək, sənəma, bir guli-xəndan olmaz.
İçindəSən güllər ilə gül, gözəlim, gülşən içində,Bülbüllər ilə mən də gəzim şivən içində.