Səttar xana məktub
Səttar xanın evi çar casusları tərəfindən ciddi nəzarət altına alınmış olduğundan onunla tez-tez görüşmək olduqca qorxulu idi. Hətta Səttar xanın evinə şey aparan hamballar da istintaq altına alınırdı.
Bala Tağının evində toplaşan iclas Səttar xana bir məktub göndərmək və məktub vasitəsilə bəzi məsələləri həll etməyi qərara almışdı.
Təbrizdə Səttar xanın nüfuzu gündən-günə azalır, hətta onun məşrutəyə xain çıxdığı xəbərləri də avam xalq arasında danışılırdı. Buna inanmasaq belə, yenə də bir neçə ay bundan əvvəl xalqın göz bəbəyi sayılan və Sərdar-milli ləqəbini alan inqilab qəhrəmanının üzərindən bu şübhəni qaldırmaq lazım idi. Ona göndəriləcək məktubun məzmununu düzəltmək işi mənə tapşırılmışdı. Məktubu Təhminə xanım vasitəsilə göndərdim.
“Cənab Sərdar! Ayrıldığımız ay yarımdan artıqdır. Bir həftədir ki, Təbrizə gəlmişəm. Görüşmək və cənab Sərdarı şəxsən ziyarət etmək istəyirdim, lakin səhhətinizin qismən pozulduğunu eşidərək, sizi rahatsız etmək istəmədim. Bir məktub göndərmək, bununla bütün yoldaşların sizə olan ixlasını bildirməyi məsləhət gördüm.
Cənab Sərdar! Təbrizdə vəziyyət dəyişmişdir, xalqın fikri qarışıqdır. Müxtəlif fikirlər, əqidələr, siyasətlər meydana çıxmışdır, fikirlərin qarışmasında məmləkət düşmənlərinin də əli vardır. Buna görə də gələcək üçün doğru bir yol intixab etmək üçün bizə, hər şeydən əvvəl, Sərdarın fikrini bilmək lazımdır.
Cənab Sərdara cəsarətlə yazmaq lazımdır ki, hazırda Azərbaycanın mərkəzdən ayrılması və onun nə şəkildə olursa-olsun, müstəqi! idarə olunması fikrini meydana atmaq çar diplomatiyasının fikrinə yardım göstərmək kimi anlaşılacaqdır. Çünki köhnə islamiyyətçilər rus konsulunun fikrini nəşr edərək Azərbaycanın İrandan ayrılması və müstəqil yaşaması nəğməsini çalırlar. Əlbəttə, bununla biz cənab Sərdara göstəriş vermək istəmirik, biləks bizim məqsədimiz cənab Sərdarın kütlələr arasındakı böyük nüfuzunu müdafiə etməkdir.
Ruslar Azərbaycan istiqlaliyyəti məsələsini meydana atmaqla mərkəzdə öz nüfuzunu möhkəm etmək və hökumətə təsir yetirmək istəyirlər.
Bu günlər Təbrizə hakim göndərilməsi məsələsi Tehranda böyük qilü-qala səbəb olmuşdur. Tehranda Süpəhdarın namizədliyini ruslar qoymuşdur, çünki o, rus bankının qərzdarlarındandır, Şimali İrandakı bütün əmlakı da bu bankdadır. Eynüddövlənin də namizədliyini qoyanlar vardır. Lakin əksəriyyətlə Tehran hökuməti Müxbirüssəltənəni Təbrizə hakim göndərməyə çalışır.
Bunları cənab Sərdara məlumat olaraq yazmaqla bütün yoldaşlarla birlikdə cənab Sərdarın səhhətməzacını bildirəcək bir məktubun intizarındayıq?.
Məktubun cavabı alınmadan bütün yoldaşlar Səttar xanın nə kimi cavab verəcəyini qabaqcadan bilirdilər. Osmanlı konsulxanasında oturması nəticəsində Səttar xanın xeyli dəyişilmiş olduğu güman edilirdi.
Təbrizdə birdən-birə Osmanlı və Almaniya nüfuzunun zühur etməsi yalnız İran Azərbaycanı üçün deyil, osmanlıların özləri üçün də qorxulu idi.
Belə bir nüfuz Rusiyanın İrandakı istila siyasətini daha da dərinləşdirə biləcək idi. Digər tərəfdən Tağızadənin Səttar xanla bərabər Osmanlı konsulxanasında oturması məsələsi bizi düşündürürdü, çünki Tağızadə heç vaxt Almaniya – Osmanlı siyasətinə aldanmayan və nəticəsiz işlərə iqdam etməyən bir sima kim tanınmışdı. O, son vaxtlar Rusiya və İngiltərənin İran məsələsində qurduğu əməkdaşlığın mənasını anlamamış deyildi. Qismən anqlofil sayılan Tağızadənin alman macərasına qapılmayacağını hər kəs söyləyirdi. Lakin buna baxmayaraq, hər dövlətin ya lehinə, yaxud əleyhinə olaraq təbliğat aparmaq Təbrizin bir xüsusiyyəti idi. Dumanlı və mürəkkəb əqidələr daşıyan Təbrizdə hər bir hökumətin müəyyən qrupları var idi ki, onlar məzkur hökumətin siyasətini, xətt-hərəkətini, məqsəd və məramını intişar edirdilər. Eyni zamanda hər qrupun özü də mürəkkəb bir şəkildə idi, orada müctəhid, ziyalı, tacir, hambal kimi müxtəlif təbəqələr iştirak edirdi. Hazırda əyalət əncümənində oturanların da tərkibi belədir. Bizimlə inqilabda iştirak edənlər də belə müxtəlif təbəqə nümayəndələrindən ibarət idi. Bizimlə olsalar da, bizimki deyillərdi.
Bizim beş-altı nəfərdən ibarət olan qüvvəmiz belə bir şəhərdə işləməyə məcbur idi. Biz Səttar xan kimi siyasətdən xəbərsiz, elmsiz bir qəhrəmanın bu qədər qarışıq fikirlərə qarşı müəyyən və müsbət bir fikir daşıya bilməyəcəyindən qorxurduq.
kok
Məktubun cavabını bir gün sonra aldıq. Oxumaq üçün yenə də Mirzə Əhməd Süheylinin evinə toplandıq. Məktubun məzmunu ilə hamı maraqlanırdı:
Məktub mənim adıma yazılmışdı, lakin Hacı Əli yaxşı oxuduğundan məktubu oxumasını ondan rica etdik.
eMöhtərəm ağalar, cənablar! Rəfiqlərl Əziz rəfiqimin təşrif gətirdiyini oxuduqda yenə də özümü ay yarım bundan əvvəlki kimi hiss etdim. Səhhətim də qismən düzəlmişdir. Qeydimə qaldığınızdan çox razıyam. Təbrizə qayıtmaq xəbəriniz mənim mətanətimi artırdı. Sizin Təbrizdə olmanız ruslar ilə aparılan mübarizə üçün əhəmiyyətsiz deyil, çünki ruslar həm aldatmağı, həm zorlamağı bacarırlar. Mümkün olduqca bizimkilərin aldanmasına mane olmalısınız. Bir də əziz rəfiqdən xahiş edirəm ki, məktub yazanda diplomat dili ilə yazmasın. Hər sözü açıq yazın, mən də açıq yazacağam. Gələcək xətthərəkəti təyin etmək üçün mənim fikrimi soruşursunuz və yazırsınız ki, hazırda Azərbaycanın mərkəzdən ayrılması fikrini yürütmək və kütlələri bu fikrə hazırlamaq rusların fikrinə yardım etmək deməkdir, çünki ruslar sabiq islamiyyə ruhanilərini öz ətraflarına toplayıb Azərbaycanın müstəqil olmaq siyasətini nəşr etməyə çalışırlar.
Əziz rəfiqim! Bu fikriniz tamamilə doğrudur. Mən də rus siyasətini nəticəsiz buraxmaq və iflasa çatdırmaq uğrunda çalışıram. Rusların qarşısına da Almaniya kimi qüvvətli bir dövləti çıxarmaq lazımdır.
Təbrizə hakim gəlməsi haqqında camaat arasında təbliğat aparılmalıdır. Hərgah hakim gələcəksə, yenə də Müxbirüssəltənənin gəlməsi yaxşıdır, çünki mən Osmanlı konsulxanasında olarkən onun rus düşməni olduğunu eşitmişəm. Mən şəxsən Tehranı tanımıram, orada oturanları da biz intixab etməmişik. Əhməd Mirzənin taxta oturmasına da razı deyiləm. Yoldaşlara da deyərsiniz, bizə nicat verəcək bir vasitə varsa, o da Almaniya-Rusiya rəqabətidir, bunu siyasətdə baş işlətmiş adamlar da təsdiq edirlər. Cənab Səlarl ilə də telefon ilə danışdım. Səhhəti yerindədir. Sizə və bütün rəfiqlərə xüsusi salamı vardır. Yenə də məktub gözləyirəm.
" Bağır xan.
Məktubla bərabər beş yüz tümənlik çek də göndərdim. Onu da Hacı İsmayıl ağadan alarsınız, yenə məsafir lazım olsa, lütfən yazarsınız. Bəlkə, şəxsən görüşməyə imkan tapdınız.
Əqəl Səttarə.
Məktub oxunub qurtardı. Hamı bir-birinin üzünə baxırdı.
– Bu fikir Səttar xanın şəxsi fikri deyildir, – deyə Hacı Əli sözə başladı.
– Səttar xanın inadçı bir adam olması, bu fikrindən vaz keçməsi ümidini vermir.
– Eyib etməz, – dedim, – Sərdar cənabları evdə, bu fikir də onun başında qapanıb qalacaqdır, biz isə dışarıdayıq, öz fikrimizi intişar edəcəyik. Doğrudur, rus qanadının altında istiqlaliyyət quranlar bizi Azərbaycanın istiqlaliyyəti düşməni adlandırıb lənət oxuyacaqlar, lakin bu cür lənətləri daşımaq, yanlış siyasət nəticəsi olaraq ölkəni yeni fəlakət qarşısında qoymaqdan yaxşıdır. Bizim doğru yolumuz əncümənlə əlaqə saxlamaq və onlara bildirmədən öz yolumuzu davam etdirmək, çar siyasəti ilə mübarizə aparmaqdan ibarətdir. Hörmətli rəfiqimiz və böyük qəhrəmanımız Səttar xan artıq öz tarixi vəzifəsini bitirmişdir. İndi inqilabçı və azad İran onu öz qəhrəmanı kimi sevməli və yaşatmalıdır. Tehrandan hakim gəlincəyə qədər hazırkı vəziyyəti saxlamalıyıq, çünki hakim gəldikdən sonra istər Səttar xan, istərsə əncümən ilə olan əlaqələrdə mühüm bir dəyişiklik vücuda gələcəkdir. İndi biz əlimizdəki fürsəti itirmədən Əmir Heşməti nəzmiyyə rəisliyinə keçirməliyik. Qoy Müxbirüssəltənə gəlib onu iş başında görsün. Müxbirüssəltənənin Təbrizdə hakim təyin olunmaq xəbərini eşidən hazırkı hakim İclalülülk, dəxi, son günlərini yaşadığından inad göstərməz zənnindəyəm.
İkinci məsələyə keçdik. Söz Bala Tağıya verildi. Tağı sözünü belə başladı:
– Rəfiqlərl Bilirsiniz ki, bizə rusların etmədiyi zülmü iki nəfər seyid etdi. Mir Qurban və Mir Məcidin əlindən bir nəfər də olsa, köhnə inqilabçı və mücahid küçədə gəzə bilmir, bir parça çörək qazana bilmir. Rus konsulxanası ilə əlaqə saxlayaraq yoldaşlarımızın başına olmazın fəlakətləri gətirirlər. Mən təklif edirəm ki, bu iki nəfər seyidi aradan qaldırmaq vəzifəsini mənə tapşırasınız.
– Yox! - deyə qəti etiraz etdim, – bu yaramaz. Bununla bizə nicat olmaz, terror yolu köhnə yoldur. Aralıqdan çıxmış faydasız bir yoldur. Bununla biz rusların əlinə yeni bir bəhanə vermiş olarıq. Ruslar Azərbaycanı işğal etdikdə crəiyyətimizi və himayəmizdə olanların malını, canını təhlükədən müdafiə etmək üçün işğal edirik, – demişdir. Bizim bu hərəkətimiz onların siyasətinə xidmət etmiş olar.
Tağı öz fikrində israr edirdi, lakin Hacı və başqaları məni müdafiə etdikdə o, könülsüz olsa da, bizimlə razılaşdı.
Silahların Təbrizdən çıxarılması və etibarlı bir yerə köçürülməsi haqqında hələ də kimsə müəyyən bir fikrə gələ bilmədiyindən bu məsələni yenə də təxirə salıb iclası qapadıq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-settar-xana-mektub
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu gün Gəncədə verilən ziyafət tarixi bir ziyafət idi. Bu gün Fəxrəddin Azərbaycan ordusu ilə bərabər Cənubi Azərbaycana yola düşəcək idi. Bu ziyafətin ikinci əhəmiyyəti Bağdaddan Fəxrəddinin anasının görüşünə gələn Dürrətülbağdadın ziyafətdə iştirak etməsində idi.Ziyafətdə Dürrətülbağdadın tərbiyə etdiyi Süsən və Fənhasın tərbiyəxanasında İbrahim Müvəssil tərəfindən yazılmış musiqi dərslərini keçmiş Dilşad xanım iştirak edəcəkdilər.
Bağdad və Həmədan üzərinəZiyafətdən on gün keçirdi. Aranın hər tərəfindən Gəncə altına yığılmış ordu hərəkət edəcəkdi. Əlli mindən ibarət olan ordu iki hissəyə bölünüb birisi Naxçıvan, o birisi də Xudafərin körpüsü vasitəsilə Araz çayını keçib Təbrizə gedəcəkdi.Seyid Əlaəddin iyirmi beş min nəfərlə Naxçıvana gedib, oradan yığılan atlıları özü ilə bərabər götürmək üçün iki gün əvvəl Arandan hərəkət etmişdi. Fəxrəddin isə iyirmi beş min nəfərlə Qarabağ qoşununu götürüb Qaradağ-Əhər yolu ilə Təbrizə girəcəkdi.
Qətibənin sürgün edilməsiQızıl Arslan ciddi işlərə başladığı zaman Qətibə birinci olaraq etiraza başladı, Toğrul isə heç bir söz danışmırdı, çünki başında olanların hamısı saraydan və Həmədandan uzaqlaşdırılmışdı.Qızıl Arslanın verdiyi əmr üzərində Fəxrəddin paytaxtın müdafiə qoşununa rəis təyin olundu. Qətibə bununla Fəxrəddinin Həmədanda həmişəlik oturacağını görürkən acıqlandı və Qızıl Arslana belə bir məktub göndərdi:
Hüsaməddinin həbsxanadan qaçması– Bu işlər dəyişəcəkdir. Sən bilirsən ki, bu dövran daima bir nəfərin arzusu ilə dolanmayacaqdır. Bayram edilən evlərin bir gün yasa batması da təbiidir.Sən bilirsən ki, bu dünya bir topdur, o hər gün bir hökmdarın çövkanının başında oynayır. Fələyin çərxi hərlənir, ondan asılı olan insanların bir gün qalxıb, bir gün də düşməsi bəllidir. Bu gördüyün dünya bir güzgüdür. Burada hər kəs növbətlə öz çöhrəsini görməyə məcburdur.
Стихи других поэтов
Sizə mən vəsfin edim bu evi viran birənin,Dini yox, məzhəbi yox, şum bəd-arkan birənin,
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Naxçıvan dumasına gər o kəsin düşdü işiNaxçıvan dumasma gər o kəsin düşdu işi,Çörəyi pİşdi, kefi kök, damağı təht oldu.
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül