(Zarafatla)

Yenə unutmadım səni,Yada saldım, ay mamaoğlu.Abad olmuş kəndinizdə,Qonaq qaldım, ay mamaoğlu!

Hər kim gəldi – dedim – gözlə!Oturdu gözləhagözlə...Qonaqları quru sözlə,Yola saldım, ay mamaoğlu!

Qışın ayazı, boranıBürümüş dağı, aranı...Qapındakı mal-qaranı,Dama saldım, ay mamaoğlu!

Çıxıbdır bu kəndin adı,Damağımda qaldı dadı...Çörək, su verən olmadı,Özüm aldım, ay mamaoğlu!

Görmə boz itin üzünü –Hərdən ağardır gözünü...Öz əlimlə mən özümü,İşə saldım, ay mamaoğlu!

Axşamadək gözlədim düz,Lap darıxdım işsiz-gücsüz...Gördüm soyuyur südünüz,Qatıq çaldım, ay mamaoğlu!

Ala pişik cumdu əto,Baş-ayağı verdim itə –Toy evinin heyfini də,Səndən aldım, ay mamaoğlu!

Belə bir sazaqlı gündəKəsmədiniz iki gündə...Muğanlıda iki gündəLap qocaldım, ay mamaoğlu!Muğanlı kəndi, 27 dekabr, 1946

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов