Adam var, çox fağır, miskin görünür,Yanıb sir-sifəti, qapqara sacdır.Həmişə pay umur başqalarından,Bəlkə özgələrə yazıq möhtacdır?

Adam var pulludur, varlıdır, lakinDeyərsən yoxsuldur, çox naəlacdır.Müdam ələ baxır... lakin ac deyil,Onun qarnı toxdur, gözləri acdır...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов