Vaxt olub ki, bu yerləri dolanıbBir ov üçün min sorağa gəlmişəm.Düşüb arxasından, başı alovluBoz arandan, göy yaylağa gəlmişəm.

Nə çəkmədim hələ cavan yaşımda?Oda düşdüm min bir sevda başımda,Xatirəm var torpağında, daşında,Mənə tanış bir oylağa gəlmişəm.

Yer üzündə min bir cənnət olsa da,Bağ-bağçası mələklərlə dolsa da,Tayı yoxdur bu yerlərin dünyada –Cənnət kimi bir torpağa gəlmişəm.

Günəş doğdu, parçalandı çən, duman,Güldü bizim üzümüzə dağ, aran...Əziz gündür – hər yan çalan, çağıran,Şən büsata, xoş növrağa gəlmişəm.

İllər keçir, ömür yarı, gün yarı;Necə atım etibarı, ilqarı?Bayram günü sizin kimi dostlarıGörmək üçün mən Qazağa gəlmişəm.

Qazax, 1948

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов