Bir uçuq ev görsə kim bir yanı var, bir yanı yox,Pünhanın ünvanıdır bu, özcənin ünvanı yox.

Tanrıdan bir parça torpaq istədim mən, susdu o,Sən demə hamsın satıblar Tanrının imkanı yox.

Səndə həsrət dağı duydum yer verib rəhm eylədim,Mən sənə bir bağı qıydım sən mənə bir şanı yox.

Ey düşüb gündüz-gecə meydanda azadlıq gəzən,Haqq olan dünyadır azadlıq, onun meydanı yox.

Mən dedim Şirvanlıyam, şirvanlılar mat qaldılar,Bu necə Şirvanlıdır ki, bir dənə şirvanı yox.

Biz qədimlərdən elə əşyapərəst xəlq olmuşuq,Çünki Allah can verəndə cismi tutduq, canı yox.

Bəlkə də, qulp qoymasaydı ev düşərdi Pünhana,Neynəsin "qulp"dan səvayı başqa bir ekranı yox.

29 may, 2002

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви