Məni göndər ABŞ-a, dərdimi dildən danışım,Bürüyən məmləkəti milli zibildən danışım.

Ora ixrac eləyim Azərbaycan zibilin,Bura göndərdiyinə qoyduğu güldən danışım.

O zibillər ki, keçir bizdə nəsildən-nəsilə,Çox üfunətli olur, mən bu nəsildən danışım.

Gələcək nəslimizə rüşvəti, korrupsiyanı,Necə təlqin edirik, bax bunu zildən danışım.

Yeni bir əsr gəlir – əsl müsəlmana gəlir.Bu yeni dövrə zibilnən keçən eldən danışım.

«Daleko» getmədi ölkəm «şirako» addım ilə.«Şirako»dan çölə çıxmış «babasil»dən danışım.

Bu müqəddəslər olan torpağa NATO nə gərək?Qarışar neftə barıt, böylə fitildən danışım.

Danışım, «vauçer»i əldə, zibillikdə gəzən,O gözüyaşlı, başıdaşlı tifildən danışım.

Zibil üstündə yatan arxalı milçəklərdən,Zibil altında qalan cüssəli fildən danışım.

Müstəqilik olanı fərdi zibillər çoxalıb,Bunu hakim necə örtür? Bu qəbildən danışım.

Oxunub surə, çatınca Zamana Sur səsi,Sənə Pünhandakı səs-küylü təbildən danışım.

13 fevral 1999. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине