Tazə «hop-hop»namə gəlir
Sevinin ölkəmizə gündə neçə namə gəlir,Unudub aclığı ellər toya, bayrama gəlir.
Səni göz ilə doyan görmüşəm, ey dil, nə qəmin,Hələlik naməni nuş et, dalı «Şahnamə» gəlir.
Nədir ağzın bu xəbərdən sevinib gülməyəsən,Səhəri yağlı dubinka arıq əndamə gəlir.
Şairin yaltağı, yaltaq itə bənzərli olur,Baxır ətsiz sümüyə, iştahı ilhamə gəlir.
İndi Babək diyarı bolluca yaltaq yetirir,Mavi ekranımıza hər gündə bir əllamə gəlir.
Otur oc qarnına, Pünhan, hələlik namə oxu,Gələcək əsrimizə tazə «hop-hop»namə gəlir.
14 yanvar 1997. Bakı
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-taze-hop-hop-name-gelir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yorğundur, yatmayır haçandan Bakı,Doyub yad ellidən, qaçqından Bakı.
Pulun göstərirGet-gedə dövran özü insanların,Dəymişi halında kalın göstərir.
Qumar onun qumarıdırNə var - nə yox soruşma çox, nə var onun nəvarıdır,Mənim evimdə qar yağır, bahar onun baharıdır.
Gözümdən yaş axar, qar qızÇadırlarda donan qızlardı qar qız, yoxsa sən qar qız?Gəl etmə haqqı inkar qız,
Стихи других поэтов · О родине
Gəlməyib bərabərin küllühüm, cahana, Bəsti!Ləblərini bənzətmişəm gülə, ireyhana, Bəsti!
Küçə uşağıGörsəm çamırlı bir küçədə oynayır haçaq,Çılpaq, ayaqyalın, başaçıq bir dəcəl uşaq,
GərəkdirAşıq olub, tərki-vətən olanın,Əvvəl, başda pür kamalı gərəkdi.
Bu kökdə, bu pərdədə...Şairciklər yetişdiribFaciəsi Qarabağın;