Bu gün idman vaxtı deyil
Uşaqlıq dostum, məktəb yoldaşımMəşhur idman ustası Miri Vahabova
Bu gün rəqib qapısınaTop ötürmək vaxtı deyil.Bu gün futbol hünərindəXal götürmək vaxtı deyil.O - sonranın söhbətidir,İdman - dinclik ləzzətidir.Od içində yanır torpaq,Vətən ayrı hünər istər.
Haydı, cəbhələrdə qoşaq,Hər idmançı şanlı əsgər.Hər idmançı bir düşməniBəbəyindən nişan alsın.Hər idmançı bir düşməniÜrəyindən nişan alsın.Yarışda yox,Döyüşdə qoy zəfər çalsın.
Bu gün düşmən həmləsinəSinə gərmək məqamıdır.Ana-bacı harayınaCavab vermək məqamıdır,Bükülməz qol,Enli kürək məqamıdır.Qorxaqlara, sısqalara, zəiflərə,Öndə örnək məqamıdır.Tirdə nişan vaxtı deyil,Bu gün idman vaxtı deyil.
Bu gün idman sarayınaAxıb gəlmək vaxtı deyil.
Xalça üstdəQalibə də, məğluba daNə rişğəndlə, nə fərəhləBaxıb gülmək vaxtı deyil.Bu gün qurşaq vaxtı deyil,
Fit... dəm-dəsgah vaxtı deyil.Bu gün döyüş meydanındaQanlı zəfər çalmaq gərək!Qundaqdakı şəhidlərinZülmlərə mə’ruzların,Zillətlərə şahidlərinQisasını almaq gərək.
Bu gün yarış vaxtı deyil,Bu gün görüş vaxtı deyil.Bu gün cıdır vaxtı deyil,Cıdır düzü gülər sənə.Çək atının cilovunuAcı tənə gələr sənə.Bir ağacçınDözməyirdik topxanaya.
Bu gün idman vaxtı deyil,Şuşam dönüb viranaya.Evlər yanır xana-xana.Tamaşa qıl bu idmana.Uclarında işıq yananQılıncları qoyun qına!O cür qılınc oynatmağınVaxtı deyil - idman deyə.Gəlin, əsil qılınc çəkinYurdumuza qan salana.Bir meşinə kaman çəkibOx atmayın - idman deyə.
Bu gün şahmat taxtasındanGötür şahı, götür matı!Döyüşlərdə uduzmayaqBiz bu saat bu şahmatı!Bu gün beynim qələbələrFəndi üçün yansın gərək.Yerlə-yeksanHər şəhərim kəndim üçünYansın gərək!
Qından çıxan qılınc kimiAvarlar da çıxsın sudan.Avarçı da xilas etsinYurdu qanlı bu qurğudan.
Yelkənlərin qanadındaSüzüb axmaq vaxtı deyilAzarkeşlik yeri deyil,Keyfə baxmaq vaxtı deyil.
Ağırlığı qaldıranlarGücənməsin bu gün nahaq.Bu gün mənə lazım deyilYeddi batman daş oynatmaq.
Bu gün namus-qeyrət yüküYükdü qardaş!Bu ağır yükBelimizi bükdü, qardaş!
Bu gün qaçmaq vaxtı deyil,Bu gün uçmaq vaxtı deyil.Bu gün finiş ayrı finiş -
Bu gün gərək ayrı yarış -Azərbaycan əsgərinəAyrı yeriş, ayrı yürüş.Bu gün bilyard ağaclarıRaket olsun, qrad olsun.Düşmənləri şar-şar vurubTora salan qoy şad olsun.Yurd-yuvamı dağıdanınYurd-yuvası bərbad olsun!Qarabağın dağı-düzüDığalardan azad olsun!Bulaqların büllur gözüQoy durulsun, şəffaf olsun.Tunc bədənli övladlarımZər qədirli sərraf olsun!Onda idman halal bizə!Hər xal bizə, halal bizə.
17 iyun, 1992.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qabil-bu-gun-idman-vaxti-deyil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey Cavanşir mülkünə sultan, baüzzü vüqarCanişin Hacıbəy Sultan, cənab Şahmar
Qənimətdir səfa sürməkFürsət olacaq hər dəmdəQənimətdir səfa sürmək.
ƏfəndimDilbər, səninlə meylər içələm,Bu dünya kimsəyə qalmaz, əfəndim.
Bir dəm salınsa çün ol sərvi-rəvan çəməndəBir dəm salınsa çün ol sərvi-rəvan çəməndə,Gözüm edər həzaran abi-rəvan çəməndə.