1960-cı ilin yanvarında Özbəkistanda keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə olmuş əhvalat.

Səmərqənddə sağlıq dedim,Teymurləngin şərəfinə.O zəhimli sərkərdənin,O nəhəngin şərəfinə.

Səmərqəndi gəzə-gəzəGözlərimə inanmadım.Bir daşa da soyuqqanlıBaxa-baxa dayanmadım.

Abidələr əzəmətli,Abidələr yaraşıqlı.Səmərqənddə ulduzlar daQaranlıqda gur işıqlı.

Kitabələr qədim-qədim,Minarələr ulu-ulu.Muzey-şəhər sərgilərləAddımbaşı dolu-dolu.

Məscidlərin zümrüd tacıGöz doymayan bir aləmdi.Yarıuçuq saraylarınÖzləri də möhtəşəmdi.Teymurləngin şöhrət tacıQədim paytaxt... qədim şəhər.Qılınca bax, həm fəth edib,

Həm yaradıb xarüqələr.

Özbək xalqı teymurləngiMilli vüqar hesab edir.Bir vətəndaş, bir tacidar,Bir iftixar hesab edir.

Mən bir cavan şair idim,Bir hiss idim, həyəcandım.Səmərqəndi gəzə-gəzəÇalxalandım, dalğalandım.

Kişiliyin, əzəmətinTarixlərdən gəlir səsi.Vahiməyə bürünmüşdür,Teymurləngin məqbərəsi.

İşğalçılıq damğasıylaBaş-beynimiz zədələndi.Türkün ulu babaları,Bax, beləcə ləkələndi.

Səmərqəndi dolandıqca,Özüm də bir abidəyəm.Əmir teymurlar yoxdursa,Bəs mən onda kiməm, nəyəm.

Mən bir cavan şair idim,Həm sadəlövh, həm də kövrək.Teymurləngin türbəsinəGözüm yaşı axdı sel tək.

Bir gözünə qan sağılıb,Bir gözündə zövqə bir bax!Qırıb da o, qurub da o,Qılınca bax, şövqə bir bax.

Teymurləngin şərəfinəSəmərqənddə sağlıq dedim.Həşir qopdu ziyafətdə,Aman allah, mən nə edim.

Kimi dartı ətəyimiYağlı-yağlı əlləriylə.

Kimi sancdı ürəyimiHədə-qorxu dilləriylə.

Dürtmələdi biri məniCamaatı dingildətdi...Kəkələndi bir başqası,Çəngəl-bıçaq cingildətdi...

Biri dedi - səni nahaqGətirmişik bu gün bura.Nə “Teymurləng” başlamısanKommunistlər dura-dura.

Partiyanın rəhbərləriÖzbək xalqı qala-qala...Yaxşı... bakıya dönəndəGöstərərik sənə, bala!

Teymurləng kommunistdir ki,Sağlığına söz deyirsən!?Mən də verdim cavabını:Bax, bu sözü düz deyirsən.

O, kommunist olsa idi,Sağlığına içməz idim.Lap dirilib gəlsə idiSağlığına içməz idim.

24.02.1999

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов