Üzü təbəssümlü, fikri xatalıDəlisov odunçu əli baltalıYetirir özünü hər gün meşəyə,Göz-qulaqdan iraq, xəlvət guşəyə.

Çəkərək şövq ilə o, burda nərə,İkicə zərbəylə yendirir yerəŞumal palıdlardan, boylu şamlardan,Baltası bilmərrə düşmür ovxardan.

Meşəni talayır o, “bala-bala” –Ondan nişanədir böyük bir tala.

Bu boşluq faş edir gizli əməli,Yeri görünmədə hər bir ağacın.Yıxılı tirlərin olsaydı diliBitili tirlərə deyərdi: “Qaçın,Qaçın, o sizləri kəsməyə gəlir,Əyri ağaclara məhəl də qoymur.Özünü meşənin ağası bilir,Doğrayıb tökməkdən doymur ki, doymur”.Yıxılı tirlərin olsaydı dili,Deyərdi: “tez olun, gəlir o dəli,

Gəlir seçə-seçə –Fikri xatalı,Seçir bircə-bircəƏli baltalı,Yeriyir, gözaltı baxır yuxarıBaşını dik tutan qovağa sarıNövbəsi yetişib yazıq vələsin,Ey bitili tirlər, vaxtdır, tələsin,Qırın rişənizi siz, qırın, açın,Yerdən kökünüzü qoparın, qaçın...Əyrilər qorxmasın... çəkməzlər zərər,Onlar yaranışdan təzimdədirlər...”

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов