Al gəldi

Bir para axmaq-uxmaq çünkü qahblar bikar,
Pəs indi neyləsinİər onunçun yazıllar əşar.
Amma nə soyləyirlər bir bax nə söz, ne iqrar,
İrane mərhəbaler, iranlılar sağ olsun.

Qafqazda yoxdur aya, iranlıca dirayət,
Hər kəndə, şəhrə bir bax, bir etgilən ziyarət,
Eşşəkçilikdə varnıı Uluxaniıtek vilayət?
İranh olmasm, qoy Ulucxanlılar sağ olsun,

Bakı zavodlarmda aya, kim iş görerdi?
Dərd etmə tum-çeşıaim, fermayi^m. hədardi.
Hər kənddə yüz reiyyet, her bir bəyə nökerdi,
Bakıya lazım olsa, dehqanlılar sağ olsun.

Dərviş, molla, seyyİd, həm rövzəxan, rəmmal
Minlərcə Naxçıvanda hər şəhr bunca timsal,
Şirvanı üste qoysaq min şeyx cəm dərhal
İranlı olmasın, qoy şirvanlılar sağ olsun.

Sən ki sual edirsən - pəs tası kim qurardı,
Kİmlər fala baxardı, kim meymun oynadardı,
Kim rövzəxan oiardı, kim cinləri tutardı,
Aləm nə tövr olardı İranlı olmasaydı?

Pəs guş ver əzizim - mən söyləyim cavabı,
Şah təxti rövzəxanm - varmı zəmində babı?
Tasıquran deyirsən - yoxdur sayı-hesabı,
Gəncə, Şəki, Rəvanda - gor Ordubad Qəhabı,
Falabaxandı hər yan - cindar haydı-haydı,
Şirvanlılar sağ olsun - iranlı olmasaydı,
İranlı olmasaydı - imanlılar sağ olsun.

Bir metlebİm də qaldı - iranlı satmaq üstə
Yüz il tamam yatmaq - namusu atmaq üstə.
Qardaş, nə söyləyirsən - divanesən, ya xəste?
Bax bir bizim dıyara - molla medalperəstə,
Xan İlə bəy də yekdil - cemən tutublar dəstə,
Hərrac, getdi millət! Hən'ac, üzün ağ olsun,
Hərrac, üzün ağ olsun - iranlılar sağ olsun.

İmza: Yesir cücə

  • “Molla Nəsrəddin", 2 may 1914, N 17

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ah, keçən günlər

Atalar sözüdür: “Keçən günə gün çatmaz - calasan giinü günə”. Doğrudan da, hanı qədim vaxtlarl Rəhmətlik Dəli Haşim demişkən, hanı Molla Qənı dovrü, mağıl onda xeyİr-bərəkət var idi, hər yanda şeyxi, mütəşəni dəvası olurdu; hər məclisdə bəhslər açıb çığır-bağır saİıb kitabı bir-birlərinin başlarına çırpırdılar. Yaxşı böyük-büyük mollalarımız, imanlı qazilerimiz ve dindar vaizlerimiz var idi. Və hər biri özünü bir tərofə vurub pilovu yeyib, çayı içib merac məsələsi, berül-ələm dəvası və şəqqül-qəmər möcüzosi deyirdilər. Vo birbİrlərini gözəl həcv eləyİrdİlər və deyirdilər.Sən baxgilyn o Rəhim xan ibliso,

2 мин
Ədalət və maliyyat

Hər kəs nə deyir desin, mən gənə deyirəm ki, dünyada bu qəzet və jurnal çıxardanlara hər nə eləsən azdır. A kişi, bu qedər kötək yeyirlər, ölürler, daşlanırlar, təkfır otunurlar, genə dik dediklərini deyib bu biçarə mömin, dindar müsəlmanların yaxalarından ol çəkmirlər.Doğrudan da ki, deyiblər: “Günah öldürəndə deyil, öləndədi”. “Mühakimat” qəzetəsinin müdiri Mahmud Qənizadeyi-Səlmasİ Təbrizdə haqqında cəzasına çatıb və yaxşı eləyiblerki, günün günorta çağt bazarda vurub şilik-miliyin dağıdıblar. Camm, iki yuz min Tebriz camaatı özlorİnə ədliyyə əzası seçİrlər. “Mühakİmat”ın müdiri nəçikarədİr ki, onlara irad eləyib və millət inanılmışlarını rüsvayİaləm eləsin? Ədliyyədi, kefleri istər orada ədalət eylərlər, kefleri istər zülm eylərlər, kefləri istcr müqəssirləri zindana məhkum eylərlor, kefləri istər, hərdənbir müqəssirlərin xoşgil cavanlarından seçib evlərino apararlar.

1 мин
Statistika

Hər hansı məmləkətdə ki, sabun və kağız çox istemal oluna, o dəlildir o məmİəkətin mütəməddin və əhalİsinin əhli-maarıf olduğıına. Həqiqətdə mən bu mətləbi oxuyub çox şad oldum ki, əgor vaqedə elaməti-təreqqi sabun ile kağızın artıq işlənmeyində olsa, əlhəmdüilİllah, biz müsəlmanlardan yer üzünde maarifmənd bir tayfa yoxdur. Çünki cəmi aləm bilir kİ, müsəlman millətindən artıq təmizliyə rağib bir millet ola bilməz, Bu sözlərə inanmayan ya təşrif aparsın İranın o gözal, saf ve təmiz hamamlarına, əgər trana da əli çatmasa, buyursun Qafqaz şəherlorinde müsolman məhəlləlerinə, ta görsün ki, hamamlarda, maşallah, her gün camaatın çoxluğundan iynə salmağa yer yoxdur və hətta elə olur kİ, üç-dörd adam sığışmayan bir hovuza birdən qırx adam soxulur.Bu məsələ ki, həli olundu, ındi keçək kağız işlətmək məsələsinə. 1909-cu ilin statistikasma görə həmin ii yalnız bir İranda doqquz milyon doqquz yüz doxsan min batman mərənddaşı üst-üste kağız işjənnıişdir. 1909-cu ildə Imnda işlənən kağtzın surəfi:

1 мин
İrəvana səyahətim

Mən bu az ömrümdə çox şəhər gəzmişəm və çox yeriər kəştigüzar etmişəm. Amma heç bir yerin əhlini İrəvan adamı kimi xoşrəftar, holim, mehriban, dinc və sakit görməmişəm. Doğrudan, bu şehərdə qurd qoyunla otlayır. Hor bir yığıncaqda camaatın bəhsi elmdən, maarifden, toməddündən və söhbətİ İttihaddan, ittifaqdan və məhəbbətdəndir, Bir əhəddən eşıtməzsən ki, bir kəlmə xilafiinsaııiyyət vo ya xilafı-ədəb söz söyləsin. Amma bunun hamrsı İlə bclə bu şəhərin əhli çox rəşid, şücaətli ve igid adamlardır. Məsələn, çox vaxt görürsən ki, bir nefer bığıburma, şəstli, ucaboy, qazaçı formada, belinde qəmə cavan, yainkı bir saqqalı ağ, beli əyilmiş, başı qırxıq qoca əyləşib bir məclisin yuxarı başmda, camaat hamı dövrhadövr qulağın və gozün ona dikib baxırlar və başları ilə hey bəIİ-bəli İşarəsi ilə söhbət edirlər və o şexs de bu qərar ilə onlar üçün söhbət eləyir: “Mən indiyecən doqquz adam Öldürmüşəm - üçü crməni, altısı müsəlman. Dörd de arvad Öldürmüşəm, on doqquz ev yarmışam, bir ermeni qızı gotürüb aparıb heftelerlə gizlətmişem, Bunların hamısı ilə bele bir gün də qazamatda yatmamışam, divan-dere üzü görməmişəm. Səbəbi də budur ki, elə gəzmemişam ki, bir kəs həndəvərimə dolana bilmesin” .Bu cür söhbəüəri qəfəde, bulvarda, qəstində, bazarda və məsciddə çoxlarından eşİdirson və bclə igidlər camaatm ən bİrinci hörmətlisi, əzizi və İstəklisİ hesab olunurlar, Camaat onlan gecə-gündüz cvlərində arvad-uşaqlarına və qonum-qonşularına tərif edirlər ki, maşallah, maşallah, filankəs doğrudan çox qoçaq vo igid imiş, Bu gün Məşədi Yusif Cavad oğlunu dörd xəncər yarası ilə bazarda pristavların gözlərinin qabağında öldürdü, heç kəs yavuğuna düşə bilmədi.

4 мин

Стихи других поэтов · О родине